ELM VƏ TƏHSİL
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı
Bakı, 16 aprel, AZƏRTAC
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə “Retro” konsert proqramı təqdim edilib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, proqramda könüllülərin ifasında “İntizar”, “We Will Rock You”, “Bayatılar”, “Ölsəm bağışla” əsərləri səsləndirilib.
Konsertdə, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü olan 10-a yaxın könüllü təşkilatının (“KOB könüllüləri”, “MEDİA könüllüləri”, “Könüllü gömrükçü”, “Miqrasiya könüllüsü”, “Bir könüllü”, “Fövqəladə hallar könüllüləri”, “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri” və “Ekokönüllü”) üzvləri iştirak ediblər.
2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirir.