SİYASƏT
Belarus yazıçıları sırasında yeni ad
Minsk, 12 oktyabr (AZƏRTAC). Belarus Yazıçılar İttifaqı yanında “Literatura i iskusstvo” dövlət nəşriyyatında həmvətənimiz Esmira İsmayılovanın uşaqlar üçün yazdığı “Siçan balası Pipin qəribə sərgüzəştləri” adlı kitabı çapdan çıxmışdır. Bu barədə nəşriyyatda məlumat verilmişdir.
Esmira İsmayılovanın kitabı satış şəbəkəsinə daxil olandan sonra Belarus mətbuatı yeni müəlliflə ciddi maraqlanmışdır. Gənc yazıçı hazırda siçan balası haqqında uşaqlar üçün povestin davamı üzərində işləyir, eyni zamanda yaşlılar üçün nəzərdə tutulan tarixi romanı tamamlayır.
Oktyabrın axırlarında Belarusun “Sovremennaya şkola” nəşriyyatında Esmira İsmayılovanın “Sözəbaxan uşaqlar üçün şeirlər” adlı ikinci kitabı çapdan çıxacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
######