CƏMİYYƏT
Bərdədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir
Bakı, 8 may, AZƏRTAC
Ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Bərdədə də vətəndaşların sağlamlığının qorunması, infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və onların sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyələr verilir. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.