Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bir ildə əhalisindən 6 dəfə çox turist qəbul edən şəhər: Antalya

Bakı, 1 avqust, AZƏRTAC

Ötən günlərdə “Azərbaycan Hava Yolları” (AZAL) və “Summer Tour” şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı jurnalistin Antalyaya üç günlük maraqlı və yaddaqalan səfəri təşkil olundu. Səfər son zamanlarda Türkiyədə baş verən siyasi proseslər və uğursuz alınan hərbi çevriliş cəhdinin qardaş ölkənin turizm sektoruna təsir etmədiyini əyani şəraitdə görmək məqsədi daşıyırdı.

Antalya: İlin 300 günü günəşli olan şəhər

Antalya Türkiyənin cənubunda, Aralıq dənizi qərb sahillərində, körfəz ilə Toros daşlarının əhatəsində yerləşən məşhur kurort şəhəridir. Antalya Türkiyənin əhalisinin ən sıx olduğu beşinci, sahəsinə görə isə altıncı böyük şəhəridir. Türkiyənin turizm paytaxtı hesab edilən bu şəhər mavi dənizi və gözəl çimərlikləri ilə seçilir. Antalya şəhəri 1980-ci ildən sonra əlverişli iqliminə görə sürətlə inkişaf etmiş turizm bölgəsinə çevrilib. Ərazisi 1,4 min kvadratkilometr, əhalisi təxminən 2,2 milyon olan Antalyaya il ərzində orta hesabla 10 milyondan çox turist qəbul edir. Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Şəhər özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur.

Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhur, turistlərin daim istirahət üçün seçdiyi şəhərdir. Burada turist axınının daha çox qeydə alındığı bölgə Qala içi adlanan qədim şəhərdir. Antalyanın görməli yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarə isə Antalyanın simvolu hesab edilir. Əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Düden şəlaləsi, Atatürk və Mərmərli parkları da şəhər sakinləri və qonaqların sevimli istirahət məkanlarıdır. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasınaqədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir.

Turistlərin istirahət üçün seçdikləri ən təhlükəsiz bölgə

Səfər çərçivəsində biz Antalyanın Belek bölgəsindəki beş ulduzlu otellərdən olan “Rixos Premium Belek”, “Maxx Royal Belek Golf Resort”, “Kaya Palazzo Golf Resort” və “Regnum Carya Golf & SPA Resort”də olduq. Bu otellər Belek bölgəsinin ən məşhur otelləri sayılır və müxtəlif ölkələrdən, əsasən də ailəli turistlərin sevimli məkandır.

Öz ailəsi ilə yay tətilini məhz Antalyada keçirməyi seçən azərbaycanlı turist Rəfael Nuri bizimlə söhbətində artıq 14 gündür ki, bu möhtəşəm bölgədə istirahət etdiyini bildirdi. Bir neçə ildir ki, tətilini Belekdə keçirdiyini deyən həmyerlimiz Antalyanı məhz tam rahat, sərbəst və təhlükəsiz şəhər olduğu üçün seçdiyini dedi. Bildirdi ki, Türkiyədəki son hadisələr turistlərin tətil üçün qardaş ölkəni seçməsində təsir etməyib. O azərbaycanlı turistlərin də sayının günbəgün artdığını əlavə etdi.

Qazaxıstanlı turist Azamat Abdıyev isə Antalyanı məhz əsrarəngiz təbiəti, valehedici dənizi və çimərlikləri üçün seçdiyini dedi. O, şəhərdə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil edildiyini, bunun da turistlərin istirahət üçün məhz Antalyanı seçməsindəki əsas faktorlardan biri olduğunu bildirdi.

Ukraynalı turist Anna Bıstrenka isə hər zaman Antalyanı görmək arzusunda olduğunu və bu heyrətamiz turizm bölgəsində istirahətindən zövq aldığını dedi. Qeyd etdi ki, tam təhlükəsiz şəraitdə bu səfalı və qədim şəhərin tarixi yerlərini ziyarət edib.

Ailəsi ilə yay tətili keçirmək üçün Antalyanı seçən ingiltərəli turist Din Viçhens Türkiyənin cənnət bölgəsində aldığı xoş təəssüratları bölüşərək dedi: “Antalyada ilk dəfədir oluram. Həqiqətən də bu bölgə gözəl təbiətə, qədim tarixə malikdir. Bilirdim ki, Türkiyə tanınıb-seçilən turist məkanları ilə məşhurdur. Antalyada bunu öz gözlərimlə gördüm”.

Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) idarə heyəti sədri Osman Ayık ilə söhbətimizdə isə o bildirdi ki, federasiyanın 15 bölgədə təşkilatı var. TÜROFED-ə üzv təxminən 2 min 500-dən çox otel nümayəndəsi var.

“Son hadisələr onu göstərdi ki, türk xalqı öz demokratiyasına sahib çıxdı. Hazırda Türkiyədə tam sabitlikdir. İnsanla rahat bir şəkildə öz işləri ilə məşğuldurlar. Turizm bölgələrində insanlar çimərliklərdə və otellərdə tam təhlükəsiz şəraitdə öz tətilini keçirirlər. Biz qardaş Azərbaycandakı dostlarımızı da istirahətlərini səmərəli keçirmələri üçün Antalyaya dəvət edirik. Türkiyə azərbaycanlı qardaşlarımızın da ölkəsidir və onlar burada tam rahat tətil edə bilərlər”, - deyə O.Ayık əlavə etdi.

Antalya valisi: Ötən il 35 min azərbaycanlı turist Antalyaya səfər edib

Səfər çərçivəsində azərbaycanlı jurnalistlərin Antalya valisi Münir Karaloğlu ilə görüşü oldu. Antalyanın turizm potensialından danışan vali bildirdi ki, şəhərdə çoxlu saraylar, muzeylər, antik kəndlər və 385 beş ulduzlu otel var.

Antalyanın turizm sektorunun 1983-cü ildən inkişaf etməyə başladığını deyən M.Karaloğlu məhz 1985-ci ildə bu şəhərin maksimum sayda - ildə 2 milyon turist qəbul etdiyini dedi. İndi isə hər il Antalyaya Rusiya, Almaniya, İngiltərə, Hollandiya, Azərbaycan və digər ölkələrdən milyonlarla turist gəlir.

“2015-ci ildə 35 min azərbaycanlı turist Antalyaya səfər edib. Bu ilin iyununda isə 8 mindən çox azərbaycanlı yay tətili üçün məhz bu şəhəri seçib. Bu da onu göstərir ki, Antalyanı görmək istəyən, öz tətilini bu əsrarəngiz bölgədə keçirmək istəyən azərbaycanlıların sayı ilbəil artır”, - deyə M.Karaloğlu əlavə edib.

O bildirdi ki, təkcə 2015-ci ildə Antalyaya 12 milyon 800 minədək turist gəlib. Bu da o deməkdir ki, ötən il Antalya öz əhalisindən 6 dəfə çox turist qəbul edib. Antalya ilin 300 günü günəşli olan, yayı isti və quru, qışı mülayim və yağmurlu şəhərdir. Türkiyənin turizm gəlirinin 35 faizi Antalyanın hesabına ödənilir. Ümumilikdə Türkiyənin ildə ən çox turist çarpayısı satılan şəhəri də 65 faiz göstərici ilə məhz Antalyadır.

M.Karaloğlu əlavə etdi ki, Antalya Türkiyədə ən çox antik kənd olan vilayətidir. Ötən il Antalyada “G-20” ölkələri liderlərinin sammiti təşkil edilib və hazırda şəhər “Antalya Ekspo 2016” sərgisinə ev sahibliyi edir. O, son zamanlarda Türkiyədə baş verən siyasi proseslərin və uğursuz alınan hərbi çevriliş cəhdinin turizm sektoruna təsir etmədiyini, hər il olduğu kimi istər Avropadan, istərsə də digər qitələrdən turistlərin Antalyanı seçdiklərini bildirdi. Qeyd etdi ki, turistlərin istirahət üçün Antalyanı seçmələrində ən vacib amillərdən biri məhz bu şəhərin tam təhlükəsiz olmasıdır.

“Antalya Ekspo 2016”da Azərbaycan milli pavilyonu

Azərbaycanlı jurnalistlər Antalyada 53 ölkə və bir neçə beynəlxalq təşkilatın təmsil olunduğu “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisi (International Horticultural Exposition) ilə tanış oldular. Məlumat verildi ki, “Antalya Ekspo 2016” iştirakçıların sayına görə 1990-cı ildə Yaponiyanın Otaka şəhərində keçirilmiş “Ekspo”dan sonra ikinci olub. “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Antalya Ekspo 2016” təxminən 2 min kvadratmetr ərazini əhatə edən Azərbaycan milli pavilyonu qurulub. Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiətinin gözəlliklərinin təqdimat forması ilə seçilir. Ziyarətçilər burada qiyabi də olsa Azərbaycanın təbiətinə səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi də təqdim edilir. Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur.

Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günündən bəhs edilir. Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının Azərbaycanda xalçaçılıq sənətinin inkişafının ən mühüm amillərindən biri olmasından bəhs edilir. Qədim dövrlərdən indiyədək Azərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.

Sərgidə Azərbaycan xalçalarının zərif naxışları, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan Xalça Muzeyinin eksponatları, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda, müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.

“Antalya Ekspo 2016” oktyabrın 30-dək davam edəcək. Bu o deməkdir ki, Antalyada istirahət edən və ya bu cənnət məkana getməyə hazırlaşan həmyerlilərimiz “Antalya Ekspo 2016” Azərbaycan milli pavilyonunu ziyarət etmək şansı var.

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri

Bakı-Antalya-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır