RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHƏYANA
Əlahəzrət,
Ölkənizin milli bayramı – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında möhkəm dostluq münasibətləri mövcuddur. Əminəm ki, belə bir təmələ əsaslanan çoxşaxəli əlaqələrimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş məqamda Sizə möhkəm çansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2007-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2024 [22:35]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2024 [21:00]