SİYASƏT
Bişkekdəki “Biyiktik” nəşriyyatında “Prezident İlham Əliyev” kitabının üçüncü cildi rus dilində nəşr edilmişdir
Bişkek, 12 dekabr (AZƏRTAC). Qırğızıstandakı Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu və Bakıdakı “Femina” şirkətinin sifarişi ilə Bişkekdəki “Biyiktik” nəşriyyatında “Prezident İlham Əliyev” kitabının üçüncü cildi rus dilində nəşr edilmişdir.
Nəşrdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, dövlətimizin başçısının xarici ölkələrə və regionlara səfərləri, görüşləri və müxtəlif tədbirlərdəki çıxışları yer almışdır. Kitabda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin və incəsənətimizin təbliği sahəsində gördüyü işlər də əksini tapmışdır.
Nəfis tərtibatda dərc edilmiş 760 səhifəlik kitabın Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılması nəzərdə tutulmuşdur.
“Prezident İlham Əliyev” kitabının birinci və ikinci cildləri müvafiq olaraq yanvar və sentyabr aylarında Bişkekdə rus dilində çap olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek