İDMAN
Bodibildinq üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib
Bakı, 21 may, AZƏRTAC
Avropa Bodibildinq və Fitnes Federasiyası (ABF) qitə çempionatının yeni tarixini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ABF-nin qərarına əsasən Avropa birinciliyi sentyabrın 16-21-də, əvvəlcədən nəzərdə tutulduğu kimi İspaniyanın Santa-Susanna şəhərində təşkil olunacaq.
Əvvəlcə yarışın mayda keçirilməsi planlaşdırılırdı. Ancaq yarış koronavirus pandemiyasına görə, iyuna təxirə salınmışdı. Daha sonra ABF çempionatın iyunda da keçirilməsini məqsədəuyğun saymamışdı.
Qeyd edək ki, sonuncu qitə birinciliyində Azərbaycan millisi 1 medal qazanıb. Belə ki, klassik bodifitnes yarışlarında 171 santimetr kateqoriyasında Fərhad Quliyev bürünc medala sahib olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]