Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Böyük siyasi xadimin iki addımlığında

Böyük siyasi xadimin iki addımlığında

Prezident Heydər Əliyevin portretinə bəzi ştrixlər

Bakı, 1 mart, AZƏRTAC

Prezident Heydər Əliyevin xarici səfərlərində onu dəfələrlə müşayiət etmiş diplomat, Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundova Ulu Öndər haqqında öz essesini AZƏRTAC-a təqdim edib. AZƏRTAC həmin esseni oxuculara təqdim edir.

Bu İnsan haqqında, onun söhbətləri..., zarafatları haqqında ...keçmiş zamanda danışmaq çox çətindir. Yaddaşım məni keçmişə qaytarır, bu görkəmli şəxsiyyətlə ünsiyyətdə olduğum məqamları təfsilatına qədər xatırlayıram. Mən xoşbəxtəm və fəxr edirəm ki, bizim gənc müstəqil respublikamız ən yeni tariximizin mühüm dönüş məqamlarında olduğu dövrdə tez-tez Heydər Əliyevin yanında olmuşam, bu dünyanın güclü simaları ilə onun ünsiyyətini, onun danışıqlar aparmaq manerasını, epoxal əhəmiyyətli çıxışlarını - 1994-cü ildə BMT-nin Baş Assambleyasında çıxışını, 1996-cı ildə Lissabon sammitində nitqini, 2001-ci ilin yanvarında, Azərbaycan Avropa Şurasına qəbul edilərkən AŞPA tribunasından çıxışını müşahidə etməyə imkanım olub.

Çox heyfsilənirəm ki, Heydər Əliyevin xarici səfərlərində az qala həmişə onu müşayiət etdiyim halda gündəlik yazmamışam. Əlbəttə, həmin səfərlərlə bağlı çox məqamlar sonradan məqalələrdə, reportajlarda, müxbir yazılarında öz əksini tapıb, lakin “kadr arxasında”, bloknotlarda qalan məqamlar da çox olub. Bu gün bəzi ştrixləri oxucuya qaytarmağa çalışacağam.

Danışıqlar aparmaq üslubu

... 1994-cü ilin mart ayı. Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri

Növbəti ikitərəfli görüş. Britaniyanın iri şirkətlərindən birinin başçısı Prezidentin qarşısında əyləşib və Sumqayıt Alüminium zavodunun texnoloji avadanlıqlarının yeniləşdirilməsi barədə öz layihəsini ağızdolusu tərifləyir.

-Bundan ötrü sizə neçə il vaxt lazım gələcək? - deyə Heydər Əliyev gözlənilmədən soruşur.

-Təqribən dörd il, - deyə şirkətin rəhbəri cavab verir.

-Belə çox? Bu qədər astagəllik mənə bizim sovet tikintilərini xatırladır. O vaxt Biz Azərbaycanda obyektlərin tikintisini 10-15 il uzadırdıq. Bəlkə siz bu xəstəliyə bizdə yoluxmusunuz? Belə astagəllik britaniyalılara xas deyil.

Gülüş səsi eşidilir. Britaniya şirkətinin rəhbəri utanmış halda peysərini qaşıyır və nəyisə izah etməyə çalışır. Bir neçə dəqiqədən sonra məlum olur ki, tikinti müddətinin əsaslandırılmasını bu firmaya elə buradaca əyləşən Amerika vətəndaşı, lakin milliyyətcə türk olan kompanyonu təqdim edib. Heydər Əliyev üzünü türk biznesmenə tutub gülümsəyərək deyir:

-Hə, deyirəm axı, burada bizim müsəlman qardaşımızın əli olub.

Bu dəfə orada iştirak edənlərin hamısı gülməkdən özlərini saxlaya bilmir. Əlbəttə, belə replikalardan sonra ingilislər dərhal vəd etdilər ki, müddətin dəyişdirilməsi barədə düşünəcəklər.

1994-cü ilin martı. Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri

(Həmin dövrdə Azərbaycan hökumətinə rəhbərlik etmiş Fuad Quliyevlə söhbətdən)

“Heydər Əliyevin Çin Xalq Respublikasının rəhbərləri ilə görüşünü heç vaxt unutmaram. ÇXR sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Tszyan Tszemin birinci rəsmi görüşdə özünü çox təkəbbürlü aparırdı. Bəs necə: bir milyard yarım əhalisi olan Çin və onunla müqayisədə xırdaca bir dövlət olan Azərbaycan. Tszemin özünü bir qədər yekəxana aparır, ölkəsinin uğurları ilə öyünürdü. (Yeri gəlmişkən, Heydər Əliyev söhbət zamanı müsahibinin sözünü nadir hallarda kəsirdi. Bu, onun dialoq prinsiplərindən biri idi, hamını səbirlə dinləyir, zəruri informasiya alırdı. Axı bəzən biz tələsir, danışan adamın sözünü kəsir və ala biləcəyimiz informasiyadan məhrum oluruq. Heydər Əliyev heç vaxt heç bir reqlament müəyyən etmir, hamını sona qədər dinləyirdi). Tszyan Tszemin danışıb qurtaranda Heydər Əliyev danışmağa başladı. On dəqiqədən sonra Tszyan Tszeminin üzünün ifadəsi dəyişdi, çünki Heydər Əliyev Çin tarixindən nadir faktlar gətirir, onları indiki vəziyyətlə müqayisə edirdi. Çin lideri heyrətdən gözlərini bərəldərək onu dinləyirdi. 10-15 dəqiqədən sonra rollar dəyişdi: elə təsəvvür yaranırdı ki, azərbaycanlıların sayı 2-3 milyard, çinlilərin sayı isə cəmi 50-60 min nəfərdir. Yəni Heydər Əliyev öz erudisiyası, öz məntiqi ilə, hadisələri dərindən təhlil etməsi, çıxardığı nəticələrlə Tszyan Tszemini məcbur etdi ki, qarşısındakının kim olduğunu başa düşsün”.

Biz səfərdən qayıdanda bizim nümayəndə heyətinin üzvlərindən biri mənə dedi ki, əgər Heydər Əliyevin adı məşhur olmasaydı, Çin rəhbərləri Azərbaycana bu qədər böyük məbləğdə - 60 milyon yuan ərzaq ixrac krediti ayırmazdılar. İndiyə qədər buna oxşar xahişlə Pekinə müraciət edənlərin hamısına bundan xeyli az vəsait ayrılıb. Hətta bizdən xeyli əvvəl müraciət etmiş Qazaxıstan Çindən cəmi 30 milyon yuan kredit alıb.

Prezidentin çıxışı gözlənilən hər yerdə zal adamla dolu olurdu. Mən müşahidə etmişdim ki, bu, həm Azərbaycan Respublikasına və onun hələ istifadə edilməmiş böyük imkanlarına, həm də onun liderinin şəxsiyyətinə şübhəsiz marağın nəticəsi idi.

Heydər Əliyev özünün bütün çıxışlarında iqtisadi məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi diqqət yetirir, Azərbaycan rəhbərliyinin mövqeyini ən müxtəlif auditoriyalarda şərh edir, regionda real vəziyyət barədə obyektiv məlumat verirdi. Bunu deməyə ehtiyac yoxdur ki, belə çıxışlar respublikamızın informasiya blokadasını yarmaq, Azərbaycan xalqının öz suverenliyi və ərazi bütövlüyü uğrunda ədalətli mübarizəsi haqqında düzgün təsəvvür formalaşması üçün çox böyük əhəmiyyət kəsb edirdi.

Biz tez-tez müşahidə edirdik ki, sabiq Siyasi Büronun üzvü, Sovet İttifaqının rəhbərlərindən biri olmuş Heydər Əliyevə əvvəllər o qədər də rəğbət bəsləməyən qərbli siyasətçilər, rəsmi şəxslər onunla danışıqlardan sonra yaxşı mənada təəccüblənmiş, hətta ona heyran olmuş halda kabinetdən çıxır, sonra isə jurnalistlərə etiraf edirdilər ki, cənab Əliyevlə söhbətdən sonra onun barədə öz təsəvvürlərini tamam dəyişiblər. Müxtəlif illərdə Helmut Kol və Frasua Mitteran, Henri Kissincer və Zbiqnev Bjezinski, Bill Klinton və Corc Buş (həm ata, həm də oğul Buşlar) onun xeyirxah və səmimi dostları olublar.

Həyatsevərlik nümunəsi

...1996-cı ilin may ayı. Aşqabaddan, İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) dördüncü Zirvə görüşündən qayıdırıq

Heydər Əliyev bizi - bu səfərdə onu müşayiət edən bir neçə jurnalisti - öz salonuna dəvət edir. Masa üstündə səliqə ilə doğranmış meyvə, qoz-fındıq, şirniyyat var. Heydər Əliyev salonun girəcəyində çalışan təyyarə bələdçisini göstərərək deyir: “Qızlar məxsusi sizin üçün hazırlayıblar. Qonaq olun!”

Səmimi söhbət başlanır, biz Türkmənistan paytaxtında gördüklərimiz barədə təəssüratımızı Prezidentlə bölüşürük, o isə sammitin qeyri-rəsmi aspektləri barədə danışır. Belə “kadr arxası” ünsiyyət bizdə qeyri-rəsmi ənənəyə çevrilib. Heydər Əliyev bir dəfə bizə dedi: “Təəssüf ki, mən avtomobilin salonundan gördüklərimlə kifayətlənməli oluram. Sizin isə daha çox şey görmək imkanınız var”.

Bizi dinləmək onun üçün maraqlı idi: bu ölkədə (şəhərdə) adi sakinlər necə yaşayır, onların məvacibi nə qədərdir, necə mağazalar var. Heydər Əliyev bu marağını belə izah edirdi: “Mənim ünsiyyətdə olduğum insanlar, adətən, öz respublikasını və öz uğurlarını tərifləyirlər. Amma mən həqiqi vəziyyəti bilmək istəyirəm”.

Çində Beynəlxalq Qadınlar Günü

İş elə gətirmişdi ki, Azərbaycan Prezidentinin Çinə rəsmi səfərinin bir günü Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşmüşdü. Səhər tezdən, proqramın rəsmi hissəsi başlanandan əvvəl biz, - jurnalistlər və nümayəndə heyətinin üzvləri, - Heydər Əliyevin iqamətgahının qarşısında toplaşıb onun binadan çıxmasını gözləyirdik.

Prezident binadan çıxdı, amma limuzinə minməyə tələsmədi. Heydər Əliyev bir dəstə qadını (jurnalistlərin arasında indi dünyasını dəyişmiş həmkarlarım, - adaşlarım Elmira Əhmədova və Elmira Əsgərova, - “AssA-İradə” agentliyinin direktoru İradə Vəkilova, həmçinin Milli Məclisin deputatı Asya Manafova da vardı) görüb bizə yaxınlaşdı.

-Hə, qızlar, sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı və böyük yaradıcılıq uğurları arzu edirəm.

Prezident bizə baxdı və gülümsədi:

-Hə, nə deyirsiniz, bizi restorana dəvət edirsinizmi?

Qızlar utandılar, dinmədilər, mən isə “söz altında qalmaq” istəmədim və eyni tərzdə, zarafatyana cavab verdim:

-Heydər Əliyeviç, nəyə görə biz Sizi dəvət etməliyik? Axı bu, bizim bayramdır! Siz bizi dəvət etməlisiniz.

Prezident güldü:

-Belə de! Yaxşı, olsun...

Heydər Əliyev nümayəndə heyətinin qadınlardan ibarət hissəsindən aralanaraq maşına mindi.

Axşama yaxın, gərgin iş günündən, lazımi informasiyanı öz redaksiyalarımıza çatdırandan sonra yorğun halda otelə qayıdırdıq.

Xarici İşlər Nazirliyinin protokol şöbəsinin rəisi Elçin Bağırov mənə yaxınlaşdı və guya narazı halda deyindi:

-Dilini dinc saxlaya bilmirsən! Sənin ucbatından mən iki saat şəhəri gəzib sizə hədiyyə axtarmağa məcbur olmuşam.

-Nə hədiyyə? - Mən onun nə demək istədiyini dərhal başa düşmədim.

-8 Mart münasibətilə! Dağılışmayın. Prezident sizi öz iqamətgahına, bayramı qeyd etməyə çağırır.

Beləliklə, həmin axşam biz Heydər Əliyevin iqamətgahında olduq və bir neçə unudulmaz saatı onunla yanaşı keçirdik. Prezident qadınlarla zarafat edir, şair Qabilə söz atırdı. Sonda bizə hədiyyələr - kosmetika dəsti və tikməli Çin süfrəsi bağışladı. Bunu deməyə ehtiyac varmı ki, həmin sürfəni indiyə qədər evimdə yadigar kimi saxlayıram!

O, jurnalistləri sevirdi

Heydər Əliyev mətbuata, jurnalistlərə rəğbətlə yanaşır, mətbu sözün gücünü və rolunu çox gözəl başa düşürdü. Onun bütün ikitərəfli görüşlərinə ən müxtəlif nəşrləri təmsil edən çoxsaylı jurnalistlər gəlirdi. Çox vaxt danışıqlarda bizim “əvvəldən axıra qədər” iştirak etməyimizə imkan verilirdi. Bu, xarici nümayəndə heyətlərinin üzvlərini heyrətləndirir, bəzən onlarda çaşqınlıq yaradırdı. Yadımdadır, bir dəfə ABŞ-dan gəlmiş yüksəkvəzifəli diplomat tez-tez bizim tərəfə baxaraq xahiş etmişdi ki, mətbuat nümayəndələri zaldan çıxarılsın. Heydər Əliyev qonağın xahişini yerinə yetirdi və biz zaldan çıxışa yönələndə zarafatla dedi: “Qərbdə çox vaxt bizi guya demokratiyanı və söz azadlığını boğmaqda təqsirləndirirlər. Amma mənimlə mətbuat nümayəndələrinin yanında söhbət etməyə hazır olanlar azdır”.

O özü KİV nümayəndələri ilə istənilən açıq söhbətə hazır idi və biz çox vaxt ən mühüm dövlət xəbərlərini ilk dəfə onun dilindən eşidirdik.

Prezidentin tükənməz öyrənmək həvəsi haqqında

Azərbaycan Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvləri Neapola gələndən dərhal sonra (1997-ci ilin sentyabrında Heydər Əliyevin İtaliyaya rəsmi səfəri) onları bu şəhərin əsas görməli məkanlarından birinə - Milli Muzeyə və Kapodimonte qalereyasına apardılar. Bu muzeyin əsas sərvəti Farneze sülaləsinin məşhur kolleksiyasıdır. Üç əsrə yaxındır ki, həmin kolleksiya dünyanın bütün guşələrindən gələn turistlərə nümayiş etdirilir. Prezidentə qalereyanın bütün zallarını, oradakı ən sanbalı işləri göstərdilər. Bu qalereyada İntibah dövrünün görkəmli sənətkarlarının - Rafael, Titsian, Bottiçelli, Perucino və başqalarının şah əsərləri, gözəl heykəltəraşlıq işləri, dekorativ sənət nümunələri toplanıb.

Səfərlər zamanı gərgin iş qrafikinə, görüşlərin və danışıqların hədsiz çox olmasına baxmayaraq, Heydər Əliyev yeni təəssüratlar almağa, gözəllik aləmi ilə tanış olmağa həmişə vaxt ayırırdı. Bu dəfə də italyan bələdçilər Azərbaycan Prezidentinin timsalında ən nəcib tamaşaçı və dinləyici tapdılar. Özü də bu dinləyici bəzən həmin bələdçilərin söylədiklərinə düzəlişlər edirdi. Bizim Prezidenti çox gözəl səciyyələndirən iki epizod yadımda qalıb. Kapodimonte qalereyasında Heydər Əliyev Farneze sülaləsinin nümayəndələrindən birinin mərmər büstü qarşısında ayaq saxladı və bu əsəri xeyli seyr etdi. Bu arada bələdçi söhbətini davam etdirir, söyləyirdi ki, bu ailənin tanınmış üzvləri çox şöhrətpərəst adamlar olublar, ona görə də Roma sezarlarının deyimlərində təsvir olunmağı xoşlayırdılar. Bələdçi bu sözləri bir qədər etinasızlıqla demişdi. Prezident xarici işlər naziri Həsən Həsənova tərəf çevrilərək təbəssümlə dedi: “Başqa eksponatlar kimi bu heykəltəraşlıq nümunəsi də gözəl sənət əsəridir. Farneze sülaləsi onu sonrakı nəsillər üçün hədiyyə kimi saxlayıb. Mən istərdim ki, dünyada hamı belə şöhrətpərəst olsun”. Hiss olunurdu ki, bu gözəl kolleksiyanı seyr etmək Heydər Əliyevə mənəvi zövq verir.

Başqa bir misal. Ertəsi gün biz təqribən iki min il bundan əvvəl Vezuvi vulkanının lavası və külü altında qalmış qədim Pompey şəhərinin xarabalıqlarında uzun müddət gəzib dolaşdıq. Orada Prezidenti bir zala apardılar və iki şüşə sarkofaqı göstərdilər. Bələdçinin sözlərinə görə, bu sarkofaqın altındakılar vaxtilə qədim şəhərdə yaşamış və daşlaşmış lavanın altından qazıntı işləri zamanı çıxarılmış insan qalıqları idi. Prezident təəccüblənərək dedi ki, orada skeletdən başqa heç nə qala bilməzdi və sarkofaqda olanlar daha çox gips yapmaya oxşayır. Həqiqətən belə imiş: bələdçi bu qeyri-dəqiqliyə görə üzr istəyərək izah etdi ki, qazıntı işləri nəticəsində tapılanlar həqiqətən qədim Pompey sakinlərinin skeletləri olub. Skeletlər insan bədəninin həcminə bir millimetr dəqiqəliklə uyğun gələn boşluqla əhatə olunmuşdu. Ona görə də, bu boşluq gipslə doldurularkən lava altında dəfn edilmiş insanın dəqiq surəti alınıb.

Prezidentin yenilikləri öyrənməyə tükənməz marağı, onun müşahidə qabiliyyəti, nadir rast gələn fiziki dözümlülüyü Heydər Əliyevi müşayiət edən italyanları heyran etmişdi. Onlar heyrətləndiklərini gizlətmədən, dəfələrlə bu barədə bizə danışırdılar.

Mənim jurnalist bloknotumda bu böyük siyasi xadimin portretinə bənzərsiz canlı ştrixlər əlavə edən belə epizodlar çoxdur.

Mənim qəhrəmanımın xarakterinin heyrətamiz keyfiyyətləri var: o, işləməyi hədsiz çox sevsə də, adi sevinc hissləri də ona yabançı deyildi: dostlarla bərabər yemək-içmək məclislərində olmağı, şux zarafatları xoşlayır, tündməcaz “kişi lətifələri”ni dəyərləndirirdi. Mən “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildliyimdə Prezidentin səfər etdiyi ölkənin tarixi-mədəni məkanları ilə az qala uşaq kimi maraqla tanış olması, böyük məmnuniyyətlə, hətta deyərdim ki, qorxmadan başqa ölkələrin ekzotik yeməklərinin və içkilərinin dadına baxması, ikitərəfli danışıqlarda ən zabitəli, elit kampaniyanı da güldürməyi bacarması barədə yazmışam.

Mənə belə gəlir ki, həyatı boyu protokol çərçivəsində, öz kabinetinin divarları arasında, partiya funksionerlərinin və bürokrat məmurların əhatəsində olmaq bu insan üçün çox darıxdırıcı idi, şairlərin və yazıçıların yanında, uşaq bayramlarında, kənd ağsaqqalları ilə söhbətlərdə və əlbəttə, sevimli ailə üzvləri arasında olanda isə özünü çox rahat hiss edirdi.

2002-ci ildə, - axırıncı dəfə Naxçıvana gələndə, - Heydər Əliyev dağlara qalxdı. Maşını bir çayxanaya sürdürdü (bu, protokolda nəzərdə tutulmamışdı). Ona bir stəkan çay verdilər. Heydər Əliyev bir dilim qəndlə çayı içdi və fikirli halda uzaqlara baxaraq dedi: “Bu, mənim həyatımda ən xoşbəxt gündür”. Sonra isə, görünür, onu düzgün başa düşməyəcəklərini fikirləşərək, əlavə etdi: “Naxçıvanda”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO