Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib

Britaniyadakı icmamız baronessa Koksun cəzalandırılması tələbi ilə parlament komitəsinə müraciət edib

Bakı, 9 iyun, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması qızışdırıcı islamofob fikirlərinə görə Lordlar Palatasının üzvü Karolina Ann Koksun (baronessa Koks) cəzalandırılmasını tələb edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Britaniya Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın adından Britaniya Parlamentinin Standartlar üzrə Komitəsinin sədri Kristofer Con Brayanta ünvanlanmış müraciətdə baronessa Koksun tvitləri “Azərbaycanın Qarabağ regionunda nifrətin qəsdən alovlandırılması” kimi qiymətləndirilib və Azərbaycan icmasının sülh prosesinə mane olan bu tvitlərdən və xəbərlərdən dərin narahatlığı ifadə edilib: “Lordlar Palatası üzvünün sağçı siyasətçilərin diqqətini cəlb etmək üçün bu cür bölücü taktikalara əl atması, xüsusən də dindən sui-istifadəsi və islamofobiyanı təbliğ etməsi təəssüf doğurur”.

Lordlar Palatasının demokratik dəyərlərin qorunmasında və cəmiyyətdə harmoniyanın təşviqində əsas rol oynadığı, amma baronessa Koksun təhrik və ayrı-seçkilik çalarları ilə dolu mətnaltı tvitlərinin bu prinsiplərə uyğun gəlmədiyi nəzərə çatdırılıb. “Söz azadlığı, şübhəsiz ki, qorunmalı fundamental hüquqdur, lakin ondan nifrət, dözümsüzlük və ya islamofobiyanı qızışdırmaq üçün qalxan kimi istifadə etmək olmaz. Lordlar Palatası mötəbər institut kimi öz üzvlərinin söz azadlığı hüquqlarından qarşılıqlı anlaşma, əməkdaşlıq və dözümlülüyü təşviq tərzində məsuliyyətlə istifadəsini təmin etməlidir”, - deyə icma sədri xatırladıb.

Standartlar Komitəsinin belə davranışı aradan qaldırmaq üçün tədbirlər görməsinin zəruri olduğuna diqqəti cəlb edən icma sədri bu tələbini “Lordlar Palatasının reputasiyasına kölgə salınması, onun ədalət və inklüzivlik prinsiplərinə sadiqliyinə xələl gətirilməsi” arqumentləri ilə əsaslandırıb: “Baronessa Koksun tvitlərinin ciddi nəticələrini nəzərə alaraq, Standartlar Komitəsindən bu məsələni hərtərəfli araşdırılmasını rica edirəm. Onun hərəkətlərinin Lordlar Palatasının müəyyən etdiyi standartları və prinsipləri pozduğunu müəyyən etmək olduqca vacibdir. Üstəlik, mən komitəni baronessa Koksa töhmət vermək və onu qınamaq kimi müvafiq tədbirlər görməyə çağırıram. Bu, Lordlar Palatasında belə davranışın qəbuledilməz olduğuna dəqiq aydınlıq gətirə bilər”.

Lordlar Palatasında baronessa Koksun mövqeyini yada salan icma sədri vurğulayıb ki, o, hər iki icma üçün sülhməramlı tədbirlərin təşəbbüskarı və həyata keçirilməsində ön sıralarda olmaq əvəzinə, şüurlu olaraq qəsdən tam əksini - erməni və azərbaycanlı icmalarını münaqişədə saxlamaq üçün təxribat və daha da yadlaşdırma strategiyasını seçib və həyata keçirir.

İcma sədri hesab edir ki, Standartlar Komitəsi bu problemi həll etməklə, Lordlar Palatasına ictimai etimadın və inamın bərpasına kömək edə bilər: “Bundan əlavə, bu, komitənin etik standartları qorumaq və mötəbər qurumda demokratiya və inklüzivlik prinsiplərinə əməl olunmasını təmin etmək öhdəliyini nümayiş etdirəcək. İnanıram ki, Standartlar Komitəsi söylənilən narahatlığı aradan qaldırmaq üçün sürətli və qətiyyətli addımlar atacaq. Əvvəlki kimi ümidvaram ki, Sizin səyləriniz sayəsində Lordlar Palatası bundan sonra da ədalət və hamıya hörmət mayakı olmağa davam edəcək”.

Xatırladaq ki, 1982-ci ildən Lordlar Palatasının üzvü olan baronessa Koks, eyni zamanda, ermənipərəst mövqe nümayiş etdirən “Humanitarian Aid Relief Trust” (HART) adlı təşkilatın təsisçisidir. 2023-cü il aprelin 20-də istintaq baronessa Koksu özəl firmada (Equal and Free Ltd) maraqlarını bəyan etmədiyi üçün təqsirli bilib və davranış kodeksini pozmaqda ittiham edib (https://find-and-update.company-information.service.gov.uk/company/08143808). Standartlar üzrə Komitə bu fakt aşkar edildikdən sonra baronessa Koksdan üzr istəməyi tələb edib.

Qeyd edək ki, baronessa Koks Azərbaycanın razılığı olmadan dəfələrlə Qarabağa səfərlər edib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Dövlət sərhədləri haqqında” Azərbaycan Respublikasının Qanununu pozduğuna görə baronessa Koksun adını persona-non-qrata siyahısına salıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə