İQTİSADİYYAT
Bu ilin birinci rübündə Energetika Nazirliyinin “Çağrı Mərkəzi”nə mindən çox müraciət daxil olub
Bakı, 8 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1006 zəng qəbul edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərin 783-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 62-si sayğacların quraşdırılması, 116-sı isə digər məsələlərlə bağlı olub. Zənglərdən 44-nü təşəkkür xarakterli, 1-ni isə qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.
Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin “974” Çağrı mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, eləcə də minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]