İQTİSADİYYAT
Builki “Caspian Oil & Gas” və “Caspian Power” sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Bakı Sərgi Mərkəzində işə başlayan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” və 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş etdirilir.
Sərgidə ekspozisiya ilə tanış olan ziyarətçilərə geniş imkanlarından bəhrələnən və 8 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən sərgilərin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması ilə bağlı məlumatlar ziyarətçilər tərəfindən maraqla qarşılanır.