REGİONLAR
Cari ildə ölkə üzrə 1,8 milyon ton buğda yığılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. 2021-ci il noyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 317,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.
Bundan əlavə, 1 milyon 7,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çox kartof, 1 milyon 706,2 min ton (6,4 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 23,6 min ton (8,1 faiz çox) meyvə və giləmeyvə, 201,2 min ton (3,8 faiz çox) üzüm, 1 milyon 129,6 ton (28 faiz çox) yaşıl çay yarpağı, 183,9 min ton (20,9 faiz az) pambıq, 25,7 min ton (4,2 faiz çox) günəbaxan, 162,1 min ton (8,3 faiz az) şəkər çuğunduru və 5,7 min ton (0,7 faiz çox) tütün yığılıb.