DÜNYA
Çin orbitə yeni elmi tədqiqat peyki çıxarıb
Pekin, 26 sentyabr, AZƏRTAC
Çin özünün “Yunhai-1 02" adlı yeni nəsil elmi-tədqiqat peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, peykin buraxılışı sentyabrın 25-də Ciuçüən kosmodromundan baş tutub. Peyki orbitə “Long March-D” raketdaşıyıcısı aparıb. Bu, "Long March" nəslindən olan raketdaşıyıcıların 313-cü buraxılışıdır.
“Yunhai-1" peyki əsasən atmosfer, dəniz və kosmik mühitin araşdırması, təbii fəlakətlərin öyrənilməsi və elmi tədqiqatların aparılması üçün istifadə olunacaq.
Peyki və raketdaşıyıcını Çin Aerokosmik Elm və Texnologiya Korporasiyanın nəzdində fəaliyyət göstərən Şanxay Kosmik Uçuşlar Texnologiyası Akademiyasının mütəxəssisləri hazırlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]
Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib
- 21.05.2024 [15:12]