ELM VƏ TƏHSİL
Coğrafiya fənni üzrə tapşırıqların fənn kurikulumunun məzmun standartlarına uyğunluğu yoxlanılıb
Bakı, 7 yanvar, AZƏRTAC
Coğrafiya fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun olan onlayn sınağın müzakirəsi olub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müzakirədə tapşırıqların fənn kurikulumunun məzmun standartlarına uyğunluğu yoxlanılıb.
Riyaziyyat fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ 2021-ci ildə ali təhsil müəssisələrinə I və II ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qruplarının növbəti iclası yanvarın 14-də olacaq.