DÜNYA
Corciya ştatının sakinləri güclü qasırğa səbəbindən təxliyə olunur
Bakı, 2 sentyabr, AZƏRTAC
ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp yaxınlaşan “Dorian” qasırğası səbəbindən sahilyanı ərazilərdə təxliyə elan edib.
AZƏRTAC xəbər verir ki, qubernator bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“I-95 avtomobil yolundan şərqdə yerləşən Çatem, Brayan, Liberti, Makintoş, Qlinn və Kamden dairələrində yaşayan insanlar sentyabrın 2-si yerli vaxtla saat 12:00-dan başlayaraq mütləq təxliyə olunmalıdır”, - deyə Brayan Kemp bildirib.
ABŞ sahillərinə yaxınlaşmaqda olan “Dorian” qasırğası ən yüksək beşinci təhlükə səviyyəsinə çatıb. Artıq Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib. Bir qədər əvvəl Cənubi Karolina ştatının bütün sahilyanı rayonlarının əhalisinin də təxliyə edilməsi barədə qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]