DÜNYA
Dariqa Nazarbayeva Qazaxıstan Senatının sədri seçilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Qazaxıstan Respublikası Senatının sentyabrın 2-də keçirilən iclasında senatın üzvü Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə yenidən Senatın spikeri seçilib. Onun namizədliyinə 48 senator səs verib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yeni səsvermə Dariqa Nazarbayevanın avqustun 12-də yenidən Senatın üzvü seçilməsi ilə bağlı keçirilib. Həmin vaxt onun namizədliyini ölkə Prezidenti Kasım Jomart-Tokayev irəli sürüb.
Prezident Administrasiyasının rəhbəri Krımbek Kuşerbayev Dariqa Nazarbayevanın Senatın sədri seçilməsi barədə Prezidentin təqdimatını oxuyub. 56 yaşı Nazarbayeva martın 20-də bu vəzifəyə seçilmişdi, lakin avqustun 12-də onun deputat səlahiyyətlərinin müddəti başa çatdığı üçün yeni seçki keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]