Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin beş il əvvəl Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində açılışını etdiyi hərbi şəhərcikdə “Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, qoşun növü, birlik, birləşmə, hərbi hissələrin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi xidmət keçmək üçün hər cür şəraiti olan şəhərciklə tanışlıqdan sonra müasir Azərbaycan Ordusunun memarı Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılan abidəsi ziyarət edilib, önünə çələng və qızılgüllər düzülərək, xatirəsi ehtiramla yad olunub.

Əsgər klubunda keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bir neçə gündür ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızda “Milli Qurtuluşdan Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirləri aylığı müvəffəqiyyətlə davam edir. “Dəmir yumruq yerindədir!” adlı bugünkü tədbir də aylıq çərçivəsində təşkili planlaşdırılan kütləvi tədbirlərdəndir. Məqsəd isə aydındır: Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir... Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

Tədbir iştirakçıları ayağa qalxıb yumruqlarını düyərək “Dəmir Yumruq yerindədir!” deyə Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını deyiblər.

Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarını və qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək deyib: “Artıq ikinci ildir ki, Azərbaycan xalqı və ordumuzun şəxsi heyəti Silahlı Qüvvələr Gününü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir”.

Nəzərə çatdırılıb ki, Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əlağa Şıxlınski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılıb. Yeni yaradılmış bu ordu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynayıb, öz hərbi qabiliyyətini nümayiş etdirə bilib. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilib və azərbaycanlılar sovet silahlı qüvvələrinin sıralarında hərbi xidmətə cəlb olunublar.

General-mayor E.Xəliov vurğulayıb ki, SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı. Belə bir şəraitdə, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin bünövrəsini qoydu. Belə bir məktəbin o zaman təsis edilməsi ölkəmizdə hərbçi sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlığının yüksəldilməsinə, respublikamızın müstəqilliyinə hesablanmış bir addım idi.

“Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti Cəmşid Naxçıvanski adına hərbi lisey və onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yetirmələridir”, - deyə iftixar hissi keçirən E.Xəlilov (o da 5 qardaşı ilə birlikdə bu məktəbi bitirib) əlavə edib ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi, eləcə də hərbi böhranla üzləşdi. Müstəqilliyin ilk illərində ordu quruculuğunda kobud səhvlərə yol verildi, ordu daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahli qüvvələr yaradıldı. Bu səhvlər son nəticədə torpaqlarımızın 20 faiz işğalı, milyona yaxın soydaşımızın köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı. Lakin 1993-cü ildə XX əsrin görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə yenidən qətiyyətli qayıdışından sonra həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycan Ordusu müasir silah, sursat və hərbi texnikalarla təchiz edildi. Möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradıldı. Ulu Öndər ömrünün son gününə, son dəqiqələrinədək Azərbaycan naminə çalışdı. “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyərək, ömrünün qalan hissəsini də xalqımızın, dövlətimizin daha xoşbəxt gələcəyinə həsr etdi.

Natiq qeyd edib ki, unudulmaz dahi liderimiz əbədiyyətə qovuşduqdan sonra Ulu Öndərimizin siyasi kursunu özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev uğurla davam etdirib.

“Müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridirsə, bu ordunu daha da inkişaf etdirib, qalib bir ordu səviyyəsinə yüksəltmək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev ata vəsiyyətini, ata arzusunu əməli fəaliyyəti, sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun gücü ilə yerinə yetirib və bu dəmir yumruq yenə yerindədir!”, - general-mayor E.Xəlilov deyib.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov, general-mayor Rasim Babayev, general-mayor Bəkir Orucov, polkovnik Nicat Qarayev, polkovnik Bilal Çompuzov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və digər çıxış edənlər Azərbaycan Ordusunun 104 illik tarixinə nəzər salıb, ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətlərini yüksək qiymətləndirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan böyük Qələbədən iftixarla danışıb və bir daha böyük inam hissi ilə qeyd ediblər ki, dəmir yumruq yenə yerindədir.

Döyüşlərdə və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Respublikanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Nigar Şabanova, Aqşin Abdullayev və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında təqdim olunan vətənpərvərlik mahnıları, hərbi marşlar və “Dəmir Yumruq yerindədir!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından təşkilatçılara, qonaqlara, incəsənət xadimlərinə və yaradıcı kollektivə, hərbi qulluqçulara minnətdarlıq edib, rəşadətli Azərbaycan Ordusunun qalib döyüşçülərinin şanlı döyüş tariximizə bundan sonra da dəmir yumruqları ilə yeni-yeni səhifələr yazacaqlarına əminliyini bildirib.

“Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib