İQTİSADİYYAT
“DəmirBank” “Hesab.az” istifadəçilərinə topladıqları bonusları “Visa Electron”a dəyişmək imkanı verir
Bakı, 26 iyun, AZƏRTAC
“DəmirBank” “Hesab.az” ödəniş portalının istifadəçilərinə etdikləri ödənişlərə görə topladıqları bonusları bankın “Visa Electron” plastik kartına dəyişmək imkanını verir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyanın şərtlərinə görə, “Hesab.az” istifadəçiləri saytın “Dərhal dəyiş” bölməsinə daxil olmaqla 30 min bonus müqabilində “DəmirBank”ın “Visa Electron” debet kartını əldə edə bilərlər. Kart bir illik verilir. “Hesab.az” saytında bankın kartları ilə ödəniş edən bütün istifadəçilər ikiqat bonus qazanırlar.
“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də 200-dək ölkədə yerləşən ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan ödənişini həyata keçirmək mümkündür.