İQTİSADİYYAT
DGK sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 17 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov aprelin 22-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşlarla görüşəcək.
DGK-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Bərdə, Yevlax və Tərtər rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar 195 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən qəbula yazıla bilərlər.