CƏMİYYƏT
DOST mərkəzləri mayın 4-dən fəaliyyətini necə davam etdirəcək
Bakı, 1 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarına uyğun olaraq, mayın 4-dən etibarən DOST mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fəaliyyətə pensiya, müavinət, təqaüd alınması üçün hazır bank kartlarının verilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə müvafiq işlər daxildir. Həmin xidmətlərdən yararlanmaq üçün paytaxtın Yasamal və Səbail rayonlarının sakinləri 1 saylı Bakı DOST mərkəzinə, Xəzər və Pirallahı rayonlarında qeydiyyatda olan vətəndaşlar isə 2 saylı Bakı DOST mərkəzinə müraciət edə bilərlər.
DOST mərkəzləri yalnız qeyd edilən istiqamətlər üzrə olmaqla həftə içi saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri 10:00-dan 13:00-dək xidmət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]