CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda səyyar xidmət təşkil edib
Bakı, 31 yanvar, AZƏRTAC
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə (DMX) edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Zaqatalada səyyar xidmət həyata keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmətin imkanlarından 18 nəfər yararlanıb. Onlardan 7 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, həmçinin 2 əcnəbi vətəndaşa inzibati tənbeh vermə haqqında qərarın surəti təqdim olunub, 4 nəfərindən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib.
Bundan başqa, 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.