SİYASƏT
Dövlət Müstəqilliyi Günü Nyu-Yorkda Azərbaycan və türk diaspor təşkilatlarını bir araya gətirib
Nyu-York, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Erdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.
“Boüling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York