SİYASƏT
Dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Goranboyda sərgi və konsert təşkil olunub
Goranboy, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunda dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə bir sıra mədəni-kütləvi tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Goranboy rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunan “Müstəqilliyimiz milli sərvətimizdir” adlı sərgi ilə tanış olublar. Sərgidə ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərinə həsr olunan kitablar nümayiş etdirilib.
Sonra tədbir Azərbaycan incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə muğam ifaçıları Simarə İmanovanın, Zakir Əliyevin ifasında səslənən Azərbaycan muğamları, xalq mahnıları və təsniflər, eləcə də tanınmış estrada müğənnisi Nüşabə Ələsgərlinin oxuduğu mahnılar iştirakçılarda xoş ovqat yaradıb.