RƏSMİ XRONİKA
“DÖVLƏT QULLUQÇULARININ ƏMƏKHAQLARININ ARTIRILMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 23 YANVAR TARİXLİ 1909 NÖMRƏLİ SƏRƏNCAMINA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 2577 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il №1, maddə 32, №2, maddə 101, №3, maddə 244, №7, maddə 714, №8, maddə 801, №9, maddə 867, №10, maddə 948; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 2526 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin.
1.1. Sərəncamın 1-ci bəndində “50 manat” sözləri “60 manat” sözləri ilə əvəz edilsin və həmin bənddən “2007-ci il fevralın 1-dən” sözləri çıxarılsın;
1.2. Sərəncama 2 nömrəli əlavənin “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının vəzifə maaşları” cədvəlinin “Vəzifə maaşları (manat)” sütununda yardımçı vəzifələrin təsnifatları üzrə “Beşinci təsnifat”da “65” rəqəmi “69” rəqəmi ilə, “61” rəqəmi “67” rəqəmi ilə və “Altıncı təsnifat”da “60” rəqəmi “66” rəqəmi ilə, “56” rəqəmi “64” rəqəmi ilə, “53” rəqəmi “62” rəqəmi ilə “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Republikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.