Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiya borcudur

Dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiya borcudur

Bakı, 13 iyul, Ramiz Quliyev, AZƏRTAC

Vergiləri ödəmək hər bir vətəndaşın borcudur. Azərbaycan Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişləri tam həcmdə və vaxtında ödənilməlidir.

Respublikamızın iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu danılmazdır. Bu baxımdan Vergilər Nazirliyinin vergi ödənişlərindən yayınmaya və digər cinayətlərlə mübarizədə son illər daha barışmaz mövqe tutub. Həmin sahədə daim yeniləşən qanunvericilik bazası ilə yanaşı, mütərəqqi islahatlar aparılır, qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilir.

Bütün bunlara baxmayaraq, ölkədə vergilərin ödənilməsi sahəsində hələ də müəyyən problemlər, həllini gözləyən məsələlər qalır…

Vergi Məcəlləsinə əsasən, ölkəmizdə ödənilməsi məcburi olan dövlət vergiləri və yerli vergilər (bələdiyyə vergiləri) sistemi müəyyən olunub. Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak, hüquqi şəxslərin torpaq, yol, mədən və sadələşdirilmiş vergilər daxildir.

Dövlət büdcəsinə vergi və sair daxilolmalarda ilbəil artım müşahidə edilir. Daxilolmaların əsas hissəsi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin payına düşür. Bu, həm də o deməkdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əksər hüquqi və fiziki şəxslər vergiləri ilə bağlı Konstitusiya və vətəndaşlıq borclarını vicdanla yerinə yetirirlər.

Ölkəmizdə hər bir vətəndaşın azad sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Bununla belə, bu şəraitdən və imkandan sui-istifadə edənlər də az deyil. Vergiləri ödəməkdən boyun qaçıranların sırasında bəzi müğənni və market sahiblərinin də adları mütəmadi olaraq hallanır. Məlumdur ki, bu sahədə çalışanlar əhalinin sosial cəhətdən təminatlı hissəsi sayılır. Belə isə, onların qanunlara riayət etməməsi, yəni bir vergi ödəyicisi kimi vergidən yayınmasını başa düşmək olmur.

Mətbuat konfranslarının birində vergilər nazirinin müavini Sahib Ələkbərovun dediyi sözlər indi də yadımdadır: “Hər bir vətəndaş, sahibkar fəaliyyət göstərdiyi sahədən pul qazanırsa, dövlətə vergi ödəməlidir”.

Təəccüblü də olsa, əhalinin sözügedən təminatlı təbəqəsi sadələşmiş vergiyə cəlb edilirlər. Fikrimcə, onların verginin bu növünə cəlb olunması məsələsinə də yenidən baxılmalıdır. Bu sahədə başlıca problemlərdən biri də gəlirlərin düzgün rəsmiləşdirilməməsidir.

Vergi ödəməyən müğənnilərin adlarının nazirliyin saytında yerləşdirilməsi, şadlıq saraylarında kameraların quraşdırılması vergi yığımına müsbət təsirini göstərəcəyi şübhəsizdir. Bununla belə, digər təsiredici mexanizmlər də tapılmalıdır.

Son vaxtlar bəzi iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı güzəşt istəməsi isə heç də bu günün reallığı ilə uzlaşmır. Beynəlxalq ekspertlər də təsdiq edir ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur.

Vergilər Nazirliyinin apardığı xronometraj müşahidələrə əsasən, bəzi iri marketlər dövriyyəni dəfələrlə gizlədir. Hətta dövriyyəsini 3-4 dəfə gizlədən supermarketlərə də rast gəlinir. Ümumi vergi ödəyicilərinin sayı hazırda 700 min nəfəri keçən Azərbaycanda isə bu məsələyə bir çox hallarda ədalət və humanizm prinsipləri ilə yanaşılır. Yəni qanunvericiliyə əsasən, 2 min manatadək məbləğdə vergiləri ödəməkdən yayınmaya görə maddi məsuliyyətin bir növü olan vergi məsuliyyəti müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200 min manatdan çox olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq edilir.

Satış dövriyyəsi 200 min manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər. Ticarət dövriyyəsi 200 min manatdan çox olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Etiraf edək ki, bu vergi rüsumları kifayət qədər güzəştlidir.

Bu baxımdan xarici təcrübəyə də müraciət etmək yerinə düşər. Deyilənə görə, ABŞ-da bir ölümdən, bir də vergidən qaçmaq mümkün deyil. Dünya demokratiyasının beşiyi sayılan bu ölkədə vergi qanunları çox sərtdir. Belə ki, vergidən yayınmaya görə, vergi ödəyicisi kimliyindən asılı olmayaraq, hətta cinayət məsuliyyətinə də alına bilər. ABŞ vətəndaşları vergi ödəyicisi kimi bir çoxlarına nümunə sayıla bilərlər, həm də bunu öz vəzifə, Konstitusiya borcu hesab edirlər.

Bəllidir ki, ABŞ-da biznesmenlər müxtəlif ştatlarda müxtəlif vergi ödəyirlər. Orta hesabla iş adamları dövlət büdcəsinə 15-dən 25 faizədək vergi verirlər. Böyük korporasiyaların vergi dərəcəsi isə 35 faiz təşkil edir. Ştatlarda əhalidən tutulan vergi isə nə az, nə çox təqribən 36 faiz təşkil edir.

Heç kimə sirr deyil ki, turizm gəlirli sahədir. Dost və qardaş Türkiyə turizmdən hər il milyardlarla ABŞ dolları mənfəət götürür. Ölkədə bu istiqamətdə gözəl infrastruktur yaradılıb, turistlərə xidmət isə bildiyimiz kimi yüksək səviyyədədir. Bir sıra ölkələrdə də turizm dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayır, desək yanılmarıq. Yeri gəlmişkən, ABŞ, İtaliya, İspaniya, Yunanıstan, Misir, Böyük Britaniya, Gürcüstan və sair turizm ölkələri kimi də ad çıxarıblar.

Təbii ki, Azərbaycanın da turizm potensialı çox böyükdür. Dövlətimiz bu sahənin inkişafı üçün mühüm tədbirlər həyata keçirir, müvafiq Dövlət Proqramı qəbul olunub. Artıq neçə illərdir ki, beynəlxalq idman, mədəniyyət və siyasi tədbirlərin məhz Azərbaycanda keçirilməsi qədim odlar yurdunu, onun bənzərsiz təbiətini daha yaxından tanıtmaq, günü-gündən dəyişən, əsrarəngiz paytaxtımızın tarixi və gəzməli yerlərini qonaqlara göstərmək turizm sektorunun inkişafı sahəsində atılan məqsədyönlü addımlardan biridir.

Buna baxmayaraq, Azərbaycanın turizm sahəsindən əldə etdiyi gəlir onun real imkanlarından xeyli azdır. Mütəxəssislər hesab edirlər ki, əsas səbəblərdən biri də menecment və marketinq işinin düzgün aparılmamasıdır. Turizm obyektlərində qiymətlərin çox baha olması, eyni zamanda servis xidmətinin aşağı səviyyəsi ölkəyə gələn turist axınının qarşısını alan başlıca amillərdən sayılır. Halbuki, qeyri-neft sektorunun bu sahəsi neft-qaz sənayesindən sonra respublikaya valyuta gətirəcək əsas faktor olmaqla, dövlətin daim diqqət mərkəzindədir.

Ölkəmizdə turizm özəl sahəyə aid edildiyindən, dövlət bu sektorda qiymət tənzimlənməsində elə bir rol oynamır və qiymətləri bazar iqtisadiyyatı müəyyənləşdirir. Bəzi mütəxəssislər isə hesab edir ki, bu sahəyə də vergi güzəştləri tətbiq oluna bilər, bu amilin özü qiymətlərin nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə isə, turizmlə məşğul olan sahibkarlara güzəştli kreditlərin verilməsi, viza rejiminin sadələşdirilməsi, 2 və 3 ulduzlu otellərin inşası respublikada turizmin inkişafına daha geniş imkanlar açardı.

Eyni zamanda, turizmlə bağlı KİV-lər vasitəsilə mütəmadi maarifləndirmə işləri aparılmalı, eləcə də, bu sahə üzrə qabaqcıl ölkələrin təcrübəsi yayılmalıdır. Yaddan çıxarmayaq ki, turizm yaxın gələcəkdə respublikanın əsas gəlir mənbələrindən birinə çevriləcək.

Avropanın qabaqcıl ölkələrindən olan Fransanın vergi təcrübəsi də maraqlıdır. Vergilər ölkəsi adlandırılan Fransada 200-ə yaxın vergi növü tətbiq olunur. Ölkənin hər bir vətəndaşının vergilər barədə məlumatlı olması vacibdir, çünki burada hər kəs ildə bir dəfə vergi bəyannaməsi doldurub müvafiq orqanlara təqdim etməlidir.

Fransada büdcə daxilolmalarının təxminən 20 faizi ƏDV hesabına formalaşır. Kommunal xidmətlər, həyat üçün zəruri olan mallar, nəqliyyatın təmiri, mənzil şəraitinin yaxşılaşdırılması və tibbi preparatlar vergiyə cəlb olunur. Gəlir vergisini ödəmək fransızların həyatının bir hissəsini təşkil edir. Fransada gəlir vergisinin dərəcəsi 0-45 faiz arasında dəyişir. Vergidən yayınma isə ölkədə ciddi qanun pozuntusu hesab edilir və sərt cəzalandırılır. Göründüyü kimi, bu ölkədə vergi dərəcəsi Azərbaycanla müqayisədə bəzi hallarda dəfələrlə çoxdur. Bununla belə, Fransa vətəndaşı vergidən yayınmaq haqda belə, düşünmür. Necə deyərlər, qanun-qanundur.

Hələ bəzi dövlətlərdə əhalinin icbari qaydada ödədiyi qəribə vergilər də mövcuddur. Belə ki, ABŞ-da “qaralma vergisi”, Belçikada “manqal vergisi”, Estoniyada “gövşəmə vergisi”, Yunanıstanda “hovuz vergisi”, Avstriyada “gips vergisi”, Çində “çubuq vergisi”, Macarıstanda “çips vergisi” və sair müxtəlif illərdə qəbul olunub və indiyədək qüvvədədir. Sözügedən vergilər bir çox hallarda heç də kiçik rəqəmlərlə ölçülmür.

Artıq XX əsrin ikinci yarısında azad (xüsusi) iqtisadi zonalar beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevriliblər. Dünya təsərrüfat əlaqələri üçün azad iqtisadi zonalar əsasən beynəlxalq əmtəə dövriyyəsinin fəallaşdırılması, investisiyaların səfərbər edilməsi hesabına iqtisadi artımın sürətləndirilməsi faktoru kimi çıxış edir.

Son dövrlər Azərbaycanda da bu mövzu iqtisadçıların diqqətini daha çox cəlb etməkdədir. Beynəlxalq korporasiyalar, həmçinin yerli şirkətlər öz fəaliyyətləri üçün güzəştli şərait axtarışında azad iqtisadi zonalara əlavə mənfəət gətirə biləcək əlverişli ərazilər kimi baxırlar. Belə ki, bu zonaların əksəriyyətində tətbiq edilən iqtisadi qaydalar, xüsusi inzibati qanunlar müəyyən hüquqi və təsərrüfat rejimindən heç də azad etmir, bu rejimi yüngülləşdirir və sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlmiş güzəştlər verir. Bu gün azad iqtisadi zonalar ABŞ-da, Türkiyədə, Çində, Birləşmiş Ərəb Əmirliklərində, Avropa ölkələrində yaradılıb və bu dövlətlərin iqtisadi inkişafında böyük fayda verir.

Azərbaycanda da azad iqtisadi zonaların yaradılması prosesinə başlanılıb. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılacaq. Ekspertlərin qənaətinə görə, Azərbaycan bununla tranzit ölkə olaraq öz imkanlarını genişləndirəcək, eləcə də ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Sözügedən ərazidə sənaye və kənd təsərrüfatı emalı müəssisələrinin yaradılması da nəzərdən keçirilir. Təbii ki, vergi və gömrük güzəştlərinin tətbiq ediləcəyi yeni iqtisadi zona ölkə gəlirlərinin və məşğulluğun artmasına da səbəb olacaq. Bütün bunlar həm də sahibkarlıqla məşğul olan insanlar üçün vergiləri şəffaf şəkildə və vaxtında ödəmələri üçün gözəl stimuldur.

Dövlət səviyyəsində həyata keçirilən və nəzərdə tutulan bu kimi tədbirlər nəticə etibarı ilə respublikamızda biznes mühitinin yaxşılaşdırılmasına, kiçik və orta sahibkarlığın inkişafına, eyni zamanda əhalinin maddi rifahının yüksəlməsinə yönəlib. Biz vətəndaşların qarşısında duran tələb isə vergilərin ödənilməsidir. Bu, həm də hər bir Azərbaycan vətəndaşının Konstitusiya borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır