CƏMİYYƏT
DSX: 18 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kiloqram 500 qram marixuana, 3 kiloqram 750 qram metamfetamin, 4 kiloqram 550 qram heroin) aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:13]
Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
- 21.05.2024 [17:05]
Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb
- 21.05.2024 [16:19]
“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub
- 21.05.2024 [16:18]
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
- 21.05.2024 [16:14]
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb
- 21.05.2024 [16:10]