Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Düsen Kaseinov - Şərəfli ömür yolundan ştrixlər

Düsen Kaseinov - Şərəfli ömür yolundan ştrixlər

İstanbul, 7 aprel, АZƏRTAC

Bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Düsen Kaseinovun yetmiş yaşı tamam oldu. Tanıyanlar, o cümlədən mən də onu gözəl insan, türk dünyasına sonsuz məhəbbətlə bağlı olan, o cümlədən Azərbaycanı öz doğma vətəni qədər sevən bir şəxsiyyət kimi tanıyıram. Onunla işləyən, çiyin-çiyinə çalışan, rəhbərliyi altında fəaliyyət göstərənlər, yol yoldaşı olanlar isə professor Düsen Kaseinovu ilk növbədə qayğıkeş insan, ədalətli rəhbər kimi dəyərləndirirlər.

Şəxsi keyfiyyətlərinə və haqqında deyilənlərə keçməzdən əvvəl yubilyarın şərəfli ömür yoluna, bioqrafiyasına ötəri nəzər salaq. Düsen Kaseinov 1947-ci il martın 10-da Altay vilayətinin Biysk şəhərində anadan olub. 1961-ci ildə Karaqanda musiqi məktəbinə qədəm qoyub. Məktəb illərində gözəl ifaları ilə ürəkləri oxşayan Düsen Kaseinov 1965-ci ildə Almatı Dövlət Konservatoriyasına daxil olub. Tələbə olduğu beş il ərzində həm də Qazaxıstan Dövlət Radio və Televiziyasının kamera orkestrinin tərkibində çalışıb. Musiqiçi kimi 38 il səmərəli fəaliyyət göstərməklə bərabər, ölkəsinin və xalqının mədəniyyətinin inkişafına böyük töhfələr verib. Hələ sovet dövründə 3 il Meksika Filarmoniyasının Orkestrində işləyərək öz sənət təcrübəsini artırıb, orada ispan dilini öyrənib. On il Almatı Dövlət Konservatoriyasının rektoru olub. 2003-cü ildə Qazaxıstan Respublikasının mədəniyyət naziri təyin olunan yubilyar sonrakı illərdə səfir diplomatik rütbəsi alaraq ölkəsinin diplomatı kimi fəaliyyət dairəsini genişləndirib.

Nəhayət, 2008-ci ildə TÜRKSOY-un baş katibi olaraq türk dünyası qarşısında tarixi missiyasına başlayıb. O sülhün, inkişaf və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunmasının tərəfdarıdır. Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Bunun üçün mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoq və inteqrasiya tərəfdarıdır. Məhz elə buna görə də məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. 2010-cu ildə “Küpmet” ordeninə layiq görülən yubilyar ötən 17 ildə 13 orden və medalla təltif olunub. O, təkcə Qazaxıstanın sevimlisi deyil. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan D.Kaseinov beş il sonra - 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılıb. Onun çoxsaylı təltifləri, həmçinin ayrı-ayrı ölkə və şəhərlərin yubiley medalları arasında daha biri isə Türkmənistanın “Maxtumqulu Firaqi” medalıdır.

Düsen Kaseinovu 70 illik yubileyi münasibətilə Türkiyənin Sakarya şəhərində təbrik etdim. Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı TÜRKSOY-un Ankaradakı qərargahında təşkil edilən yubiley mərasiminin davamı Sakarya şəhərində keçirilirdi. Baş katiblə söhbətimiz zamanı fiziki cəhətdən yoğunluğuna baxmayaraq, ruhən çox yüngül olduğunu hiss etmək çətin deyildi. Daxilindəki bütün bu rahatlığın səbəbi isə məhz Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı mərasimlərin yüksək peşəkarlıqla təşkili və uğurla başa çatmasından irəli gəlirdi. Bəli, türk dünyasına, o cümlədən Azərbaycana sözün əsl mənasında aşiq olan bu tarixi şəxsiyyətin gördüyü işlərin əsl qiymətini məhz tarix və gələcək nəsillər verəcək.

Düsen Kaseinov, sözün əsl mənasında, gözəl insan, nümunəvi ailə başçısı, sədaqətli vətəndaş və qayğıkeş rəhbərdir. Onunla söhbət əsnasında məlum oldu ki, 70 yaşın yubileyini bir il sonra qeyd etmək niyyətindədir. Səbəb dünyasını dəyişən həyat yoldaşının ilinin çıxmamasıdır. Bəli, onun bu qərarı nümunəvi yanaşmadır. Həyat yoldaşının ruhuna olan tükənməz ehtiram, sözün əsl mənasında, sədaqət nümunəsidir.

Yubilyarla söhbətimiz çox səmimi oldu. “Hansı iş daha ürəyinizcədir” sualımı belə cavablandırdı:

-Mənə böyük vəzifələr etimad olunub. Rektor, nazir və digər dövlət vəzifələrində çalışmışam. Artıq on ilə yaxınlaşır ki, TÜRKSOY-a rəhbərlik edirəm. Bütün bunlara baxmayaraq mən musiqiçiyəm. Musiqi mənim daxili dünyamın tərənnümüdür. Skripkada ifa mənim danışıq tərzimdir. Mən bu musiqi aləti ilə fikir və düşüncələrimi insanlara aydın formada çatdıra bilirəm. İnsanlara sözüm, fikir və düşüncələrim rəngarəng ifalarımla yol tapır.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı Düsen Kaseinovu belə xarakterizə edir: O, əsl türkçü, qayğıkeş insan, ədalətli rəhbərdir. TÜRKSOY-da təmsil olunan ölkələrin milli bayramlarına, adət-ənənələrinə, tarixi şəxsiyyətlərinə eyni baxış bucağı ilə yanaşmaqla təşkilatda heç vaxt pozulmayacaq bir idarəçilik ənənəsi yaradıb. Rəsmi təmsilçilərin, digər əməkdaşların və onların ailə üzvlərinin doğum günlərini, eləcə də yubileylərini kollektiv şəkildə qeyd etmək, bayram günlərində qarşılıqlı ehtiram göstərmək onun hər birimizdən tələb etdiyi mühüm məqamlardandır. Düsen Kaseinov hesab edir ki, qarşılıqlı münasibətlərdə ehtiram, diqqət və nəzakət türk dünyasının inteqrasiyasının əsasını təşkil edir. Mən onu özümün ən gözəl müəllimim kimi qiymətləndirirəm və onun rəhbərliyi altında işlədiyim müddətdə ondan çox şey öyrənmiş, böyük təcrübə toplamışam. Ümumiyyətlə, düşünürəm ki, TÜRKSOY böyük bir məktəbdir və xüsusilə Düsen bəyin rəhbərliyi altında burada çalışan hər bir əməkdaş böyük həyat məktəbi keçir, müəyyən mənada idarəetmə, insanlarla ünsiyyət və beynəlxalq mədəni əlaqələr sahəsində təcrübə qazanmaq fürsətinə malikdir. Şəkinin 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsində və cari ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdə türk dünyasından yüksək səviyyəli incəsənət ustalarının, mədəniyyət və elm adamlarının iştirak etməsində Düsen Kaseinovun rolu böyükdür. Bu tədbirlər sayəsində zəngin tarixə və mədəniyyətə malik olan Şəki şəhəri türk coğrafiyasında daha da tanınmağa başlandı.

Qazaxıstanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Askar Turqanbayev D.Kaseinov haqqında danışaraq deyir ki, o, TÜRKSOY-un tədbirlərində bütün türk xalqlarının mədəniyyətlərinin bərabər şəkildə təmsil olunmasının tərəfdarıdır. Xüsusilə azsaylı türk xalqlarına dəstəyini və qayğısını əsirgəmir, onların mədəniyyətinin dünya miqyasında təmsil olunmasına yaxından kömək edir. UNESCO-da və BMT-də TÜRKSOY tərəfindən keçirilən tədbirlərdə mütləq altay, xakas, tıva, yakut, qaqauz və digər xalqların nümayəndələrinin iştirakını dəstəkləyib və təmin edib. Düsen bəy deyir ki, müstəqil türk dövlətləri öz mədəniyyət günlərini keçirir və beynəlxalq arenada çıxış edə bilirlər. Amma kiçik xalqlarımızın bu imkanları məhduddur. Ona görə, onlara ilk növbədə dəstək verməyimiz lazımdır.

Qırğızıstanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Kojogeldi Kuluyev isə qeyd edir ki, ondan öncə Qırğızıstanın təşkilatda nümayəndəsi olmayıb. Düsen Kaseinovun Qırğızıstan Prezidenti ilə görüşündən sonra təşkilata nümayəndə göndərilib və bunun sayəsində Qırğızıstanla bağlı TÜRKSOY tərəfindən keçirilən tədbirlərin və kitab nəşrlərinin sayı xeyli artıb, qırğız sənətçilərinin və mədəniyyət nümayəndələrinin bu tədbirlərdə iştirakı genişlənib.

TÜRKSOY-un tarixi nailiyyətlərinin üstündən təvazökarlıqla keçən Düsen Kaseinov daha çox perspektivdə olan layihələrdən danışmağı xoşlayır. O deyir ki, türk dünyasının mənəvi sərvətləri tükənməz dəfinədir. Türk dünyasının tarixi şəxsiyyətləri, adət və ənənələri, dünya ictimaiyyətinə bəxş etdiyi dəyərlər o qədər zəngindir ki, onları işləməklə bitən, qurtaran deyil. Əksinə, bu işlər görüldükcə yeni-yeni təşəbbüslər və layihələr ortaya çıxır.

Mütəxəssislər hesab edirlər ki, TÜRKSOY-un çoxşaxəli fəaliyyəti, türk dünyasını beynəlxalq aləmdə sürətlə tanıtması ölkələrimizin turizm sektorunun inkişafına əhəmiyyətli təkan verməklə bərabər, təkcə mədəniyyətlərin inteqrasiyasına yox, iqtisadiyyatın da ayrı-ayrı sahələrinin yüksəlişinə təkan verir.

Sonda bir daha qeyd etmək istərdim ki, məqsədi qədim və müasir türk mədəniyyətini həm türkdilli ölkələrdə, həm də dünyada təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdan ibarət olan TÜRKSOY professor Düsen Kaseinovun rəhbərliyi ilə artıq bütün mötəbər beynəlxalq təşkilatlarda əzmlə təmsil olunur. BMT, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumların qərargahlarında Novruz bayramının birgə qeyd edilməsi, film festivalları və türk dünyasının tarixi şəxsiyyətlərinin yubileylərinin, xüsusi medal və mükafatlarını təsis olunması və digər belə uğurlu layihələrin reallaşmasında onun əvəzsiz xidmətləri var.

AZƏRTAC-ın kollektivi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi professor Düsen Kaseinovu yetmiş illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, daha uca zirvələrdən görünməyi arzulayır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib VİDEO

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq