Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov 31 Mart soyqırımının başvermə səbəbləri və acı nəticələri barədə danışıb. O bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. Belə qanlı cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında həyata keçirilmiş kütləvi qətliamlar isə miqyasına görə daha dəhşətlidir.

Direktor ermənilərin törətdikləri soyqırımlarının xalqımızın milli kimliyinə qarşı ağır cinayət olduğunu vurğulayıb. Qeyd edib ki, bu hadisələr zamanı düşmən, sadəcə öldürməklə kifayətlənməyib, Azərbaycanın gələcəyini məhv etməyə çalışıb. Ermənilər 1918-ci ildə Tiflisdə guya azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətmələri haqqında kitabça buraxmışdılar. Onlar bununla, əslində, illərlə törətdikləri cinayət əməlini ört-basdır etmək planını güdüb, növbəti təxribat üçün zəmin yaratmışlar.

Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılıb və Ələkbər bəy Xasməmmədovun rəhbərliyi ilə ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanılıb. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri yad qüvvələrdən azad edildikdən sonra Azərbaycan Hökuməti Gəncədən Bakıya köçürülüb, Fövqəladə Təhqiqat Komissiyası “Metropol” mehmanxanasında - indiki Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyətlərini davam etdirib. 1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-dək Komissiya ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı hadisələrini, zorakılıq hallarını, amansız cinayətləri əks etdirən 36 cilddən, 3500 vərəqdən ibarət istintaq materiallarını toplayaraq Nazirlər Kabinetinə təqdim etmişdi. Eyni zamanda, həmin materiallar Paris sülh konfransına gedən nümayəndə heyətinə məktub vasitəsilə verilmişdi.

Diqqətə çatdırılıb ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Amma sovet dövründə bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib.

Məmməd Səid Ordubadinin tarixi faktlar və dərin müşahidələr əsasında “Qanlı sənələr” adlı kitab ərsəyə gətirdiyini söyləyən direktor hələ XX əsrin əvvəllərində ədibin qanlı hadisələrin mahiyyətinə düzgün nüfuz edərək mövcud səbəbləri açıq-aydın göstərdiyini bildirib.

2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında tamhüquqlu üzv qəbul edildiyini xatırladan alim o zaman Azərbaycan tərəfindən hazırlanan ilk sənədin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının tanınması ilə bağlı olduğunu vurğulayıb. O, həmin sənəddə ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliamların mərhələli şəkildə əks olunduğunu bildirib.

Akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini və martın 31-nin 1998-ci ildən Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsinin artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunduğunu deyən direktor erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb: “Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verilib. Qaniçənlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların, vəhşiliklərin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alınıb. Zəfərimizlə Ermənistanın 30 illik işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olunub”.

Akademik Rafael Hüseynov azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılıldığını bildirib. O, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb.

Çıxışının sonunda alim Azərbaycan xalqının öz tarixini, millətə yaşadılanları heç zaman unutmayacağını söyləyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub