CƏMİYYƏT
Ədliyyə naziri: Bu günədək 111 məhkəmə binasının 60 faizi elektron məhkəmə sisteminə qoşulub
Bakı, 4 iyun, AZƏRTAC
Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində inşa edilən yeni, müasir məhkəmə binaları dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 4-də Ədliyyə Nazirliyinin və Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri” mövzusunda forumda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir qeyd edib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində köhnə məhkəmə binalarında da uyğunlaşdırma işləri aparılaraq, “Elektron məhkəmə” sisteminin tətbiqi üzrə bütün zəruri avadanlıq quraşdırılıb. Bu günə 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. Elektron məhkəmənin bir çox komponentləri hazırda uğurla tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]