CƏMİYYƏT
Ədliyyə Nazirliyinin rəsmi saytında “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanları artırılıb
Bakı, 30 aprel, AZƏRTAC
Vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkili üçün Ədliyyə Nazirliyinin rəsmi saytında “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanları artırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 30-da “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirilən onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə xüsusi rejim şəraitində innovasiyaların tətbiqi barədə danışarkən deyib.
O qeyd edib ki, nazirliyin elektron informasiya sistemlərinin imkanlarının artırılması çərçivəsində mobil notariata yeni funksiyalar əlavə edilib. “Vəkilə verilən etibarnamə”, “Sosial etibarnamə”, “Elektron icra” informasiya sisteminin “ASAN ödəniş” sisteminə inteqrasiya olunaraq borc tələblərinin ödənilməsi asanlaşdırılıb.