İQTİSADİYYAT
Əlcəzair neft hasilatçılarının görüşünün bazara təsir edəcək mühüm qərarlar alınaraq nəticələnməsi üçün çalışır
Bakı, 22 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Əlcəzair sentyabrın 27-28-də bu ölkədə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan neft hasilatçısı ölkələrin qeyri-rəsmi toplantısının neft bazarı ilə əlaqədar mühüm qərarlar alınaraq nəticələnməsi üçün çalışır.
AZƏRTAC xəbər ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe dövlət telekanalına müsahibəsində deyib. O, Əlcəzair yığıncağının müvəffəqiyyətli olması üçün çalışdıqlarını söyləyib.
Apreldə Qətərin paytaxtı Dohadakı yığıncaqdan sonra daha bir müvəffəqiyyətsiz toplantı keçirmək istəmədiklərini vurğulayan N.Buterfe deyib: “Əlcəzairdəki qeyri-rəsmi yığıncağın neft bazarı ilə əlaqədar mühüm qərarların alınacağı rəsmi formatda bitməsi üçün çalışırıq”.
Qeyd edək ki, OPEC-ə üzv və Rusiya da daxil olmaqla digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrda Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.