CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid Zöhrab Kərimovun ailəsini ziyarət edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhid olan Zöhrab Kərimovun ailəsini ziyarət edib.
Döyüşlərdə şücaətlər göstərən 19 yaşlı Z.Kərimov düşmənin Laçın rayonu istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı şəhadətə qovuşub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Biləsuvar rayonunda yaşayan ailənin sosial vəziyyəti öyrənilib. Nazir müavini Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid Z.Kərimovun ailə üzvlərinin də hər zaman dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.