CƏMİYYƏT
ƏMƏYİN MÜHAFİZƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Bakı, 20 aprel (AZƏRTAC). İmişli Yüksəkgərginlikli Elektrik Şəbəkəsində (YEŞ) əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə ciddi diqqət yetirilir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, işçilərin bu sahədə nəzəri və təcrübi biliklərinin artırılması məqsədi ilə YEŞ-də hər ayda bir gün əməyin mühafizəsi və təhlükəsizlik texnikası günü elan olunmuşdur. Həmin gün bütün struktur bölmələrində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərinə baxılır, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir, müvafiq mövzularda mühazirələr təşkil edilir.
Müəssisədə iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Otaqlarda normal şərait yaradılmış, işçilərin istifadəsi üçün zəruri məişət avadanlığı qoyulmuşdur. İşçilər xüsusi geyimlə təmin olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]