Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək

Şamaxı, 31 mart, AZƏRTAC 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Şamaxıda kütləvi tədbirlərlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri martın 31-də Soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, qanlı hadisələrdə həlak olanların xatirəsini yad ediblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, ADPU-nun Şamaxı filialının dosenti Zərifə Cavadova, Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək əsrlərboyu bədnam ermənilər və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyətindən danışıb, bu siyasətin dəhşətli nəticələri barədə tarixi faktları diqqətə çatdırıblar. Qeyd olunub ki, təkcə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınıb. Vurğulanıb ki, 1918-ci ildə Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğınlardan biri Cümə məscidində törədilib. Məsciddə 1700-dən çox günahsız insan qətlə yetirilib, yandırılıb. Ümumiyyətlə, həmin ilin mart ayında Şamaxı qəzasının 58 kəndində 8 mindən çox, təkcə Şamaxı şəhərində 7 mindən artıq dinc əhali amansızlıqla öldürülüb.

Bildirilib ki, Şamaxı qırğınına 31 nəfər erməni, o cümlədən Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamonov, Sedrak Vlasov, Samvel Doliev və başqaları rəhbərlik ediblər.

Çıxışlarda ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Respublikası yalnız müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılıb, təhrif edilən hadisələr özünün əsl qiymətini alıb. Ulu öndər Heydər Əliyev ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi milli qırğına siyasi qiymət verib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Tədbirin sonunda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film göstərilib.

X X X

Ağsuda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən yığıncaq olub.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən yığıncaqda xalqımıza qarşı zaman-zaman törədilən qətliamlar, bu qətliamları törədənlər barədə konkret tarixi faktlar bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, 1828-ci il martın 21-də rus imperatoru birinci Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “erməni vilayəti” yaradılması barədə fərmanı bu yerlərə ermənilərin köçürülməsinə gətirib çıxarıb və bu, yerli sakinlər olan azərbaycanlılar üçün gələcək dəhşətli günlərin əsasını qoyub. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər xalqımıza qarşı planlı surətdə etnik təmizləmə aparıb və bu zaman kütləvi qətliamlar törədiblər. Təkcə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyat keçirilən növbəti qətliamlarda Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında kəndlər dağıdılıb, insanlar kütləvi surətdə vəhşicəsinə öldürülüblər. Xocalı soyqırımı isə erməni vəhşiliklərinin növbəti mərhələsi olub.

Çıxışlarda ədalətin, haqq işinin gec-tez öz yerini tutacağı vurğulanıb, Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətinin, uğurlu xarici siyasət xəttinin məhz bunu söyləməyə əsas verdiyi diqqətə çatdırılıb.

Tədbirdə Şaumyanın, Andranikin və Lalayanın azərbaycanlılara qarşı kütləvi qətliamlarla əlaqədar vəhşi planlarından bəhs edən, tarixi faktlara əsaslanan sənədli film göstərilib.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsmayıllı sakinləri “Ana harayı” abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, anım mərasimində dövlət qulluğu veteranı Valeh Salehov son iki yüz ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan soyqırımı hadisələrindən danışıb. Vurğulanıb ki, vaxtilə Şamaxı və Göyçay qəzalarının tərkibində olan İsmayıllıda da dəhşətli qırğınlar törədilib. Tircan kəndində 360, Mücüdə 230, Bizlanda 200 nəfər erməni daşnakları tərəfindən qətlə yetirilib. Sərdahar, Zərnəva, Xankəndi, Maçaxı, Tağlabiyan, Kəlfərəc, Qıçatan, Sulut və Zeyvə kəndləri də daxil olmaqla, minən çox insan soyqırımı qurbanı olub.

Mərasimdəki çıxışlarda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra soyqırımı hadisələrinə siyasi qiymət verildiyi diqqətə çatdırılıb.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdikcə artan iqtisadi və hərbi qüdrətindən iftixarla danışıb, xalqımıza qarşı törədilən qətliamlara görə ermənilərin gec-tez cavab verəcəklərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır