SİYASƏT
Ermənistan silahlı birləşmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozmuşlar VİDEO
Bakı, 19 aprel (AZƏRTAC). Ermənistan ordusunun bölmələri aprelin 18-də və 19-da gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini və işğalçı ölkənin Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən respublikamızın Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.