İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş vəsaitin 74,4 faizi sənaye və tikintiyə sərf olunub
Bakı, 19 iyun, AZƏRTAC
Yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 55 faizi sənaye, 19,4 faizi isə tikinti sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə ümumi vəsaitin 12,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 1,6 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 1,1 faiz olmaqla təhsil, dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,9 faizi informasiya və rabitə, 0,4 faiz əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faiz inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,1 faiz istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf olunub.