MƏDƏNİYYƏT
“Əsli və Kərəm” növbəti dəfə repertuarda
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Əsli və Kərəm” növbəti dəfə - fevralın 17-də operasevərlərə təqdim olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bəstəsi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.
Dirijor Sevil Hacıyeva tərəfindən idarə olunacaq operada Əsli obrazını solist Rəvana Əmiraslanlı, Kərəmi isə Əməkdar artist İlkin Əhmədov canlandıracaq.
Digər partiyaları Taleh Yahyayev, Nurlan Namazov, Mütəllim Dəmirov, Nəzər Bəylərov, İsmayıl Ələkbərov və digərləri ifa edəcəklər.
Operanın xronometrajı 1 saat 50 dəqiqədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]