MƏDƏNİYYƏT
“Eurovision-2019”da ölkəmizi təmsil edəcək namizədlər arasından üç nəfər müəyyənləşib
Bakı, 26 yanvar, AZƏRTAC
İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək namizədlər arasında üç nəfəri müəyyənləşdirib və onlar arasında seçim aparır.
AZƏRTAC xəbər verir ki, onlardan biri “Səs Azərbaycan” müsabiqəsinin final iştirakçısı Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək əsas namizəddir. İkinci namizəd “Səs Azərbaycan” proqramı ilə populyarlaşan Tofiq Hacıyevdir. Üçüncü ifaçı isə Fransanın “TF1” telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [20:57]
Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar
- 21.05.2024 [19:49]
Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq
- 21.05.2024 [19:18]
Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə
- 21.05.2024 [18:24]
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
- 21.05.2024 [13:26]