Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“FAW Group Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Naxçıvan, 2 dekabr, AZƏRTAC

“FAW Group Corporation” şirkətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində qonaqlar yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tanışlıq zamanı nümayəndə heyətinə Naxçıvan Biznes Mərkəzi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəz muxtar respublikanın biznes mühitinin və istehsal imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Burada qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan nümayəndə heyəti yüngül və ağır sənaye, avtomobil sənayesi və digər sahələrin məhsulları, muxtar respublikanın ixrac potensialı ilə maraqlanıb.

Sonra Naxçıvan Biznes Mərkəzinin konfrans zalında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev “FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri Sun Veinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə çıxış edən iqtisadiyyat naziri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Sənaye sahəsində əlaqələrdən danışan nazir Tapdıq Əliyev “FAW Group Corporation” şirkəti ilə Naxçıvan Avtomobil Zavodu arasında uğurlu əməkdaşlığın olduğunu vurğulayıb, bu əməkdaşlığın müsbət nəticələrindən danışıb. Bildirib ki, Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub, 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Zavod 2010-cu il yanvarın 11-də istismara verilib. Zavodun ümumi istehsal gücü ildə 5000 avtomobildir. 2010-cu ildən istifadəyə verilən Naxçıvan Avtomobil Zavodunun yaradılmasına ötən dövr ərzində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət maliyyə dəstəyi göstərilib.

Əməkdaşlığın genişləndirilməsinin yeni iş yerlərinin açılmasına imkan yaratdığını qeyd edən nazir məlumat verib ki, 2019-cu ilin aprel ayından Naxçıvan Avtomobil Zavodu “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edildikdən sonra müəssisədə kompleks tədbirlər həyata keçirilib. Belə ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov və rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu il avqustun 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində nümayəndə heyəti tərəfindən Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib.

Qeyd olunub ki, Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən zavodda yeni brend olan FAW avtomobillərinin istehsalına başlanılıb. Ötən dövr ərzində zavod tərəfindən 55 ədəd FAW markalı avtomobil istehsal edilərək satışa verilib.

Nazir “FAW Group Corporation” şirkətinin avtomobil sahəsində böyük təcrübəsinin olduğunu nəzərə alaraq Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsində və yeni modellərin istehsalında onları yaxından iştirak etməyə dəvət edib.

“FAW Group Corporation” şirkətinin MDB və Asiya ölkələri departamentinin rəhbəri Sun Vei muxtar respublikaya səfərindən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Sun Vei qeyd edib ki, 1953-cü ildə qurulan “FAW” zavodu Çinin ən qədim avtomobil istehsalçısıdır. Hazırda “FAW” yüngül, orta və ağır yük maşınları, “SUV” avtomobilləri, avtobuslar və kiçik vasitələr də daxil olmaqla, altı kateqoriyalı avtomobillər istehsal edir. Şirkət 2017-ci ildə 3 milyon avtomobil istehsal edib. Sun Vei iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb və bildirib ki, işgüzar səfər şirkətin muxtar respublikanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olması üçün yaxşı fürsətdir.

Görüşdə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əhəmiyyətini qeyd edib, Naxçıvanın xarici investisiyalar üçün cəlbedici olduğunu, dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərinin xarici investorlar üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb.

Görüşün sonunda “FAW Group Corporation” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın "İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgəyaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib