Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Reqbi Federasiyasının yeni prezidenti Röyal Süleymanov AZƏRTAC-ın suallarını cavablandırıb. Röyal Süleymanovun müsahibəsini təqdim edirik.

- Bir müddət öncə Azərbaycan Reqbi Federasiyasının yeni prezidenti seçildiniz. Bu idman növündə qarşıdakı hədəfləriniz nələrdir?

- Əvvəlcə, bu seçkidə mənə etimad göstərən hər kəsə təşəkkür edirəm. Bunu doğrultmağa çalışacağam. Əlimizdən gələni edəcəyik ki, reqbi Azərbaycanda ən uğurlu idman növlərindən birinə çevrilsin.

Qarşımıza ən yüksək məqsədləri qoyacağıq. İlk növbədə uşaq və yeniyetmə reqbisinin inkişafını, kütləviliyin artırılmasını, məşqçi və hakim heyətinin zənginləşdirilməsini, mümkün qədər çox ölkədaxili və beynəlxalq yarışların keçirilməsini təmin etməliyik. Bu proseslərdə beynəlxalq tərəfdaşlarımızla sıx əlaqələrimiz böyük rol oynayacaq. Eyni zamanda, böyüklərdən ibarət klubların sayının artırılması, ölkə çempionatının keçirilməsi və güclü milli yığma komandanın yaradılması da vacib addımlardır. Uzunmüddətli planımız isə beynəlxalq reqbi reytinqlərində ölkəmizin yuxarı pillələrdə qərarlaşmasıdır. Bütün bunlar zaman tələb etsə də, işimizə düzgün yanaşaraq buna nail olacağıq.

- Necə düşünürsünüz, Azərbaycanda bu idman növünə maraq hansı səviyyədədir?

- Düzünü desək, reqbi ölkəmizdə populyar deyil. 2004-2013-cü illərdə milli komandamız və 2 klub fəaliyyət göstərirdi. Sovet dönəmində də veteran Vaqif Səadətxanın rəhbərliyi altında reqbi komandası mövcud idi. Hazırda məktəblərdə aktiv olaraq klublar yaradılır. Uşaqların reqbiyə cəlb olunması prosesinə başlanılıb və görürük ki, yeniyetmələr çox böyük həvəslə bu idman növünə qoşulurlar, məşqlərdə, oyunlarda iştirak edirlər. Əminəm ki, belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin sürətdə artacaq.

- Bunun üçün hansı planlar həyata keçiriləcək?

- Bu prosesdə veteran sayılan reqbiçilərin təcrübəsindən yararlanacağıq. Həmin şəxslər oyunçu fəaliyyətlərini bitirsələr də, reqbinin inkişafına dəstək olmağa çox həvəslidirlər və biz onların təcrübəsindən yararlanaraq birlikdə gənc nəslin yetişdirilməsinə xüsusi diqqət ayıracağıq. Bugünkü yeniyetmələrimiz sabahın potensial Avropa, dünya və Olimpiya çempionlarıdır. Reqbinin inkişaf yolunu qət etmiş xarici tərəfdaşlarımız bizə bu istiqamətdə lazımi olan dəstəyi göstərməyə hazırdırlar. Artıq Gürcüstan, Böyük Britaniya və İtaliyanın reqbi klubları ilə əlaqələrimiz var. Yaxın gələcəkdə müxtəlif layihələrin icrasına başlayıb onların təcrübələrindən bəhrələnəcəyik.

- Qarşıda hər hansı yarışda iştirak etməyi planlaşdırırsınız?

- Qarşıdakı aylarda “Qarabağ”ın yeniyetmələrdən ibarət komandasının Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirakı planlaşdırılır. Eyni zamanda, cari mövsümün sonunadək ölkədaxili məktəblər arasında test-oyunlar təşkil olunacaq ki, bu da yeni mövsümdən etibarən məktəblərarası reqbi liqasına hazırlıq xarakteri daşıyacaq. Federasiyamızın Avropa Reqbi Təşkilatındakı üzvlüyü bərpa edilən kimi isə böyüklərdən ibarət yığmamız müntəzəm Avropa Millətlər Kubokunda iştirak edəcək. Yarışlarımız kifayət qədər çox olacaq.

- Hazırda Azərbaycanda reqbi ilə peşəkar səviyyədə məşğul olan idmançılar var?

- Son illərdə Azərbaycanda reqbi daha çox həvəskar səviyyədə olsa da, indiki dövrdən etibarən həm Azərbaycan Reqbi Federasiyasının, həm klubların, həm də oyunçuların fəaliyyəti peşəkar səviyyəyə qaldırılacaq. Bir neçə həmyerlimiz İngiltərə, Rusiya və digər xarici ölkələrdə reqbi oynayır. Onlardan Sərxan Mərdanovun adını qeyd edərdim. O, Rusiyanın “Dinamo” klubunda çıxış edir. Bu cür təcrübəli və peşəkar idmançılar, şübhəsiz ki, millimizin oyununa güc qatacaq.

- Azərbaycanda reqbinin perspektivlərini necə görürsünüz? Nəzərə alaq ki, bu, bizə yad olan idman növüdür…

- Reqbi güc və iradə tələb etdiyindən azərbaycanlı idmançıların bunun öhdəsindən məharətlə gələcəyinə inanıram. Bizim birbaşa vəzifəmiz indiki reqbiçilər üçün maksimum şərait yaratmaqdır. Bunun qarşılığında nəticələrimiz daha da yüksək olacaq.

- Reqbinin təbliğatı məqsədi ilə hansı işlər nəzərdə tutulub?

- Reqbinin təbliğində PR və marketinq fəaliyyətinin rolu böyük olacaq. Bunun üçün müxtəlif yarışların və tədbirlərin təşkili, azarkeşlərin cəlb olunması, mediada bu idman növünün geniş işıqlandırılması və digər addımlar nəzərdə tutulub. Şübhəsiz ki, idman jurnalistlərinin fəaliyyəti, reqbini diqqət mərkəzində saxlaması bizim üçün bu yolda ən vacib rollardan birini oynayacaq.

- Azərbaycanda reqbi üzrə beynəlxalq turnirlərin təşkili gözlənilirmi?

- Federasiyanın təşkil edəcəyi yarışlar proqramında bir neçə beynəlxalq turnir də yer alır. Onların arasında böyüklər və yeniyetmələr arasında Zəfər Kubokunu qeyd edə bilərəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib

ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

Göyçayda qətldə şübhəli bilinən şəxs saxlanılıb