RƏSMİ XRONİKA
FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM TARYA HALONENƏ
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan-Finlandiya əlaqələrinin hərtərəfli inkişafı yolunda atdığımız addımlar dost ölkələrimiz arasındakı münasibətlərin perspektivinə nikbin baxmağa imkan verir. Ümidvaram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızı daha geniş məcrada davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
29 noyabr 2007-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2024 [22:35]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2024 [21:00]