Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Foreign Policy News” analitik nəşri: “Azərbaycan Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır”

“Foreign Policy News” analitik nəşri: “Azərbaycan Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır”

Bakı, 20 oktyabr, AZƏRTAC

Amerikanın nüfuzlu “Foreign Policy News” analitik nəşrində “Antiazərbaycan ritorikası” adlı məqalə dərc edilib. Materialda Avropa Parlamentinin Azərbaycana ədalətsiz münasibətindən, ona qarşı ikili standartların tətbiq edilməsindən, bu respublikanın çoxvektorlu və praqmatik xarici siyasət strategiyası, Azərbaycan cəmiyyətinin multikulturalizmi və tolerantlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, həmin məqalə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut tərəfindən yazılıb.

Müəllifin fikrincə, son vaxtlar miqrantlarla bağlı çox gərgin xaos yaranmasına baxmayaraq, Avropada və ABŞ-da antiazərbaycan ritorikasını görməmək olmaz. Məqalə müəllifi yazır: “Bir ay bundan əvvəl Avropa Parlamenti Azərbaycanda bəzi məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağıran qətnaməni bəyənib. Qətnamə müəlliflərinin fikrincə, həmin məmurlar insan hüquqlarına riayət etmirlər. Azərbaycana qarşı irəli sürülmüş ittihamlar Avropa demokratiyasının hüquq normalarını pozur. Təbii ki, rəsmi Bakı buna görə hiddətlənmiş və hətta möhkəm incimişdir. Özü də ona görə yox ki, burada insan hüquqları sarıdan vəziyyət tam qüsursuzdur - belə hal heç yerdə mövcud deyil, fərq yalnız həmin hüquqların pozulmasının miqyasındadır – ona görə ki, ABŞ və Avropa ona tabe olmayan, zəngin karbohidrogen ehtiyatlarına malik olan və regionda geosiyasi mövqeyi böyük əhəmiyyət kəsb edən Azərbaycanı hörmətdən salmaq üçün əlindən gələni etməyə çalışır. Azərbaycan həm də Avropa üçün enerji təchizatının şaxələndirilməsinin və təhlükəsizliyinin əsasıdır. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər həm də neftin və təbii qazın əsas istehsalçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan kimi boru kəmərləri (bu, Alyaska boru kəməri ilə yanaşı dünyada ən iri neft kəməridir) Xəzər dənizindən çıxarılan nefti Gürcüstan ərazisindən və Aralıq dənizindən keçməklə Türkiyənin Ceyhan limanına çatdırır. Bundan əlavə, daha bir mühüm məqamı qeyd etmək lazımdır: Azərbaycan və onun qərbdəki tərəfdaşları Azərbaycanın böyük qaz ehtiyatlarının Avropaya nəql edilməsi üçün Cənub qaz dəhlizini təşkil edən boru kəmərləri şəbəkəsinin inşasına başlayıblar. Postsovet Azərbaycanı zəif və asılı geosiyasi subyekt olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilib. Azərbaycanın məsələlərə praqmatik yanaşması Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq, dünyanın bir sıra başqa hissələri ilə müqayisədə diplomatiyanın qat-qat mürəkkəb olduğu regionda öz qonşuları ilə konstruktiv münasibətləri – bütün bu amillər ölkənin bu qədər uğurla inkişaf etməsində rol oynayır”.

Arye Qut vurğulayır ki, indiki Amerika administrasiyasının, eləcə də istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda Avropa İttifaqının xarici siyasət strukturunun dəqiq və ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur. Məqalə müəllifi yazır: “Amerika və Avropanın ölkələrə “demokratiya və insan hüquqlarına hörmət” gətirməli olan hərbi müdaxilə layihələrinin əksəriyyətinə nəzər salsaq, həmin layihələr bu ölkələrə və xalqlara böyük mənəvi və maddi ziyan vuraraq tamamilə iflasa uğrayıb. Avropalıların və amerikalıların guya demokratik rejimlər qurmağa cəhd göstərdiyi hər yerdə - Əfqanıstanda, İraqda, Liviyada, Suriyada bu cəhdlər tam siyasi fiaskoya uğrayıb, yüz minlərlə insanın əzab-əziyyətinə, həlak olmasına, son nəticədə milyonlarla qaçqın yaranmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir, çünki bu ölkə 24 ildən artıq müddətdə Ermənistanın təcavüzündən əziyyət çəkir, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və bir milyondan çox insan bu ərazilərdən qovulub. Məgər Avropa Parlamenti bunu bilmir? Bəlkə özünü bilməzliyə vurur? Bəlkə avropalılar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının elementar insan hüquqları yoxdur? Onlar erməni silahlıları tərəfindən ələ keçirilmiş və indiyə qədər ermənilərin əlində dəhşətli və qeyri-insani şəraitdə girov saxlanılan 4000-dən çox dinc azərbaycanlının taleyi və insan hüquqları ilə nə üçün maraqlanmırlar?”

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut vurğulayır ki, Azərbaycan haqlı olaraq ABŞ-ın və Avropanın xarici siyasətində ikili standartlarla əlaqədar öz incikliyini və bu siyasəti başa düşmədiyini bildirir. Müəllif vurğulayır: “Məsələ Krıma aid olanda ABŞ və Avropa Ukraynanın ərazi bütövlüyünə riayət olunmasının zəruriliyini sözsüz bəyan edir. Lakin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə, Dağlıq Qarabağa münasibətdə bu prinsipə məhəl qoyulmur. Müasir beynəlxalq münasibətlərdə bu ikili standart sadəcə qəbuledilməzdir”.

Qut yazır: “Doğrudanmı Avropada və ABŞ-da Azərbaycanın ABŞ və Avroatlantika strukturları ilə səmimi əməkdaşlıq etmək və strateji tərəfdaşlığı möhkəmlətmək istəyini və arzusunu görmürlər? Görmürlərmi ki, ABŞ-ın Əfqanıstanda və İraqda sülhyaratma missiyalarını dəstəkləyən, öz oğullarını bu qaynar nöqtələrə göndərən yeganə müsəlman ölkəsi məhz Azərbaycandır?”.

Məqalə müəllifi qeyd edir ki, bəzi avropalılar və amerikalılar Azərbaycanda “ərəb inqilabı” arzusu ilə yaşayırlar. Arye Qut yazır: “Görün Suriyada, İraqda və Liviyada nələr baş verir, orada sivilizasiya parçalanmasını müşahidə edirik, eyni dinin nümayəndələri bir-birini məhv edir, yalnız ona görə ki, onlar müxtəlif cərəyanlara mənsubdurlar. Terrorçular şəhərləri, bütöv regionları və neft mədənlərini ələ keçirirlər. Bu gün “İraq Şam İslam Dövləti” dünyada ən varlı terror qruplaşmasıdır. O, İraqda ondan çox neft yatağına nəzarət edir. Orada çıxarılan “qara qızıl” İordaniyanın, İraqın, digər ölkələrin qara bazarlarına göndərilir, gündə üç milyon dollara yaxın gəlir gətirir. Bu gün ekspertlərin çoxu etiraf edir ki, Suriyada İŞİD ümumiyyətlə Amerikanın hesabına yaranıb. Amerikalıların və avropalıların bu regionda uğursuz və ağılsız siyasəti, kobud qüvvə tətbiq edilməsi, hakim rejimlərin zorakılıqla devrilməsi bumeranq effekti doğurub. Doğrudanmı ABŞ Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideri olan ölkədə, bu gün multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata keçirən, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsinin onun əsl sivilizasiyalararası dialoq nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin sülh şəraitində yaşadığı məkan kimi qalmasına mane olmadığını bütün dünyaya göstərən ölkədə bu cür qanlı və amansız xaos yaratmaq istəyir? Qoca Avropanın üzləşdiyi qaçqın axını ilə bağlı qarmaqarışıqlıq bu hegemonçu qüvvələrin ölkələrə zorla qəbul etdirməyə çalışdığı demokratiyanın tərs üzüdür. Mən yüz faiz əminəm – öz üstünlük hissinə əsaslanan düşüncəsiz və ağılsız siyasətin bumeranqı gec-tez ABŞ-ın özünə də zərbə vuracaq”.

İsrailli ekspert öz məqaləsində belə bir təbii sual verir: Nə üçün avropalılar və amerikalılar insan hüquqları ilə bağlı vəziyyətin heç də yaxşı olmadığı Ermənistana qarşı bu cür tələblər irəli sürmürlər? Müəllif yazır: “ABŞ Dövlət Departamentinin məruzəsində qeyd edildiyi kimi, insan hüquqlarının müdafiəsi məsələsində 2014-cü ildə Ermənistanda sistemli korrupsiya və idarəetmənin şəffaflığının çatışmaması, ədliyyə sisteminin müstəqilliyinin məhdudluğu və vətəndaşların öz hökumətini dəyişmək imkanının çatışmaması Ermənistanda ən böyük problem kimi qalıb. Məruzədə o da qeyd edilir ki, Ermənistan polisi etiraf ifadələri almaq məqsədilə istintaq zamanı işgəncə və döyülmə praktikasının tətbiqini davam etdirir. Ermənistan qanunvericiliyində təqsirsizlik prezumpsiyasının tanınmasına baxmayaraq, hakimiyyət orqanları bu qanuna hörmət etmirlər. Məruzədə həmçinin prezidentin əleyhinə danışanların “qulağını kəsmək” barədə polis rəisi müavinin hədə-qorxusu xatırladılır. Nədənsə həm Avropa Parlamenti, həm də digər Avropa strukturları Ermənistan barədə susurlar”.

Müəllif qeyd edir ki, Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün bundan əvvəl işğal edilmiş dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi elan edib. İsrailli ekspert yazır: “Tamamilə aydındır ki, prezident Sarkisyan bu bəyanatı ilə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını rəsmən etiraf edib. Belə ki, bu ölkənin rəsmi şəxsləri indiyə qədər bəyan edirdilər ki, Dağlıq Qarabağ “region sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin tənzimlənməsinə dair danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir”. Ermənistan prezidenti artıq ikinci müddətə dövlət başçısı olduğuna baxmayaraq daim özünü diplomatik protokol normalarına zidd aparır... Onun bütün bəyanatları bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçidir, Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfən gəlib çıxmış separatçıdır. Onun əlləri dirsəyə qədər qan içindədir. O, özünün bütün çıxışlarında Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Bu baxımdan mən tez-tez düşünürəm ki, Ermənistan prezidenti “meqaloerməni” yuxusundadır, Cənubi Qafqaz regionunda nələr baş verdiyini görmür. Ermənistan prezidenti öz ölkəsinin müstəqilliyi barədə danışmağı sevir, lakin mübahisəsiz faktdır ki, Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir”.

Qutun fikrincə, Ermənistanda vəziyyət günbəgün gərginləşir, protest edənlərin, aclıq çəkənlərin və narazıların sayı artır, hərçənd hakimiyyətdə olanlar bu faktları gizlətməyə çalışırlar. Ermənistanın hakimiyyət orqanlarının bütün hərəkətləri açıq-aşkar nümayiş etdirir ki, Ermənistanda vəziyyət çox gərgindir. Bu, nə ilə bağlıdır? Serj Sarkisyan və Ermənistanı idarə edən, özünü bu ölkənin hakimiyyəti adlandıran kriminal-oliqarxik piramida bütün kiçik və orta biznesi məhv edir. Bu isə əhalinin narazılığına səbəb olur. Ölkədə işsizlik sürətlə artır və kütləvi aksiyalara çıxmağı arzu edənlər çoxalır. Ermənistanın hakimiyyət orqanları həqiqəti nə qədər gizlətsələr də Ermənistan iqtisadiyyatında sistemli böhran baş verir. Ermənistanın hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasına dəlalət edən həqiqi rəqəmləri gizlədir. Xalqın kəskin sosial narazılıqları Serj Sarkisyan rejiminə hökmən son qoyacaq. Məsələ yalnız bunun nə vaxt baş verəcəyindədir.

Arye Qut qeyd edir ki, İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. Dünyada bu münasibətin analoqu yoxdur. İsrailli ekspert Arye Qut yazır: “Biz İsraildə müasir dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr tərəqqi edir, İsrail dünya bazarında Azərbaycan neftinin ən iri idxalatçısıdır. İsrailin yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Bununla belə, İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Bu gün ümumi dəyərlər və ortaq tarix müasir Azərbaycan-İsrail münasibətlərinə nüfuz edir. Hər iki ölkə onların arasında insani əlaqələr olması və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir”.

İsrailli ekspert öz məqaləsinin sonunda vurğulayır ki, bu gün Azərbaycan ABŞ, Avropa və İsrail dövlətinin həqiqi və real strateji tərəfdaşıdır. Arye Qut son olaraq yazır: “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən cəmi 24 il keçir. Azərbaycan xalqı bu müstəqillik çərçivəsində yeni demokratiyanın əsasını qoyub. ABŞ və Avropa Azərbaycanın Sovet sistemi buxovlarını qırandan sonra necə böyük addımlar atdığını etiraf etməlidirlər. Bu gün ölkədə vətəndaş cəmiyyətinin strukturları, sağlam və davamlı demokratiyanın inkişafı üçün bütün bazis elementləri vardır. Ən başlıcası – dünyəvi Azərbaycan və onun xalqı inkişaf etməkdə və öz ölkəsini düzgün istiqamətdə qurmaqda davam edir”.

Məqaləni aşağıdakı istinad üzrə oxuya bilərsiniz: http://foreignpolicynews.org/2015/10/19/anti-azerbaijani-rhetoric/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb