MƏDƏNİYYƏT
“French Connection”da Bakı Şopinq Festival endirimləri
Bakı, 14 aprel, AZƏRTAC
Bu gündən etibarən “French Connection” markası Bakı Şopinq Festivalına qoşulub.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bununla da “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində yerləşən “French Connection - FCUK” mağazalarda alış-veriş etməklə 30 faizdən başlayan güzəştlər əldə etmək mümkün olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival - Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Qeyd edək ki, festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/ru/istirakcıların-sıyahısı/ linkində tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.