CƏMİYYƏT
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
Bakı, 23 aprel, AZƏRTAC
Bu çox gözəl bir hissdir. Bu hissi yaşamaq möhtəşəmdir. İnanırsınız, mənim əşyalarım bu köç xəbəri yayılandan hazır idi. Bu günü səbirsizliklə gözləyirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli şəhər sakini Roza Mənsimova deyib.
"Nəvəmin doğulduğu 40 gündür. Hesab edirəm ki, nəvəmə də, bizə də ən böyük hədiyyə yurdumuz oldu. Allah bu günləri bizə yaşadanlardan razı olsun. Tanrı Prezidentimizi, əsgərlərimizi qorusun, şəhidlərə rəhmət eləsin", - deyə o qeyd edib.