RƏSMİ XRONİKA
GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nın tələblərinəəsasən, yaşı 25-dək olan “Muğam-2005” və “Muğam-2007” müsabiqələrinin aşağıdakı laureatlarının adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Arabova Rəvanə Söhrab qızı | - | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi |
Əhmədov İlkin Qənbər oğlu | - | “Azərneftyağ” neft emalı zavodunun mədəniyyət evinin solisti |
İbrahimov Elməddin Bəhmən oğlu | - | Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi |
Mirzəliyev Abgül Ərzulla oğlu | - | Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi |
Muradova Güllü Rauf qızı | - | Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi |
Niftalıyev Babək Muğan oğlu | - | Azərbaycan Dövlət Muğam Teatrının solisti |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.