Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gənc pianoçu Ayla Kəlbiyeva “Məhəbbət əfsanəsi” adlı solo konsertini təqdim edib VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

İyunun 30-da istedadlı gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Ayla Kəlbiyevanın “Məhəbbət əfsanəsi” adlı solo konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Bu il Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinfini bitirən Ayla Kəlbiyeva xeyli müddətdir ki, Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində də vokal dərsləri alır.

On iki yaşlı qızın böyük ürəyi

Ayla Kəlbiyeva solo konsertini Şəhidlər xiyabanında uyuyan İlham və Fərizənin xatirəsinə ithaf edib. Axı iyunun 30-da İlham və Fərizənin - iki sevən qəlbin keşməkeşli həyat yoluna birgə qədəm qoymasının 29 ili tamam oldu. 1990-cı ilin qanlı Yanvarı İlhamı Fərizədən ayırsa da, gənc qadın ölümə meydan oxudu və bətnindəki körpəni də özü ilə haqq dünyasına apardı.

Solo konsertdən əvvəl İlham və Fərizənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaradıcı şəxslərin xalqın sevincli və kədərli gününə özünəməxsus yanaşması olur. Evində, məktəbdə, əhatə olunduğu mühitdə həm də vətənpərvər ruhda tərbiyə alan 12 yaşlı Ayla da solo konsertində incə barmaqları ilə əfsanəyə dönmüş məhəbbət tarixindən söz açıb, Qara Qarayevin əsərini ifa etməklə, İlham və Fərizəyə, bu təzadlı dünyaya göz aça bilməyən körpəyə “Lay-lay” deyib.

Nakam sevgi, yanan şamlar, qızılgül ləçəkləri

“Yaxt-klub”da keçirilən konsertdə gənc pianoçunun çıxışı, zalın tərtibatı, yanan şamlar, yerə səpilən qızılgül ləçəkləri tamaşaçılara sevgililərin nakam dünyasından söz açırdı. Ayla Kəlbiyeva F.Mendelsonun “Sözsüz mahnı”sını səsləndirməklə XIX əsrdə bəstələnmiş bu əsərə yaşadığımız dövrün çağırışları baxımından yanaşdı. Öz məharətli ifası ilə tamaşaçılara İlham və Fərizənin həqiqi məhəbbəti qarşısında qəhərdən sözün tükəndiyini söylədi.

Dünya klassik bəstəkarlarının əsərlərini yorulmadan öyrənən Ayla F.Listin “Loreleya” əsəri ilə tamaşaçılara Reyn çayı sahilində Lora və onun zadəgan sevgilisinin nakam məhəbbətindən danışdı.

Əfsanəyə dönmüş bütün nakam məhəbbət qəhrəmanlarının ruhu bəlkə də həmin gecə gənc istedadın işığına toplaşmışdı. Aylanın ifasında F.Şopenin “Vals”ını dinləyən tamaşaçılar xəyalən nakam sevgililərin valsını görürdülər.

Fidan Hacıyeva: Musiqimizi uğurla təbliğ edən Ayla ilə qürur duyuram

Gecənin yaddaqalan məqamlarından biri isə Xalq Artisti Fidan Hacıyevanın Aylanın müşayiəti ilə “Axşam mahnısı”nı (musiqisi Tofiq Quliyev) ifa etməsi olub.

“Azərbaycan musiqisini həm ölkədə, həm də dünyada uğurla təbliğ edən Ayla ilə qürur duyuram”, - deyən Xalq Artisti Fidan Hacıyeva rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tərifnaməsini Ayla Kəlbiyevaya təqdim edib. Diqqətə çatdırıb ki, Aylanın həm də gözəl səsi var. Mahnı ifa etməyə yeni başlayan istedadlı qızı bu sahədə də uğurlar gözləyir.

Xatırladaq ki, Vokal Musiqi Məktəbinin martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim etdiyi “Baharın səsi” adlı konsert proqramında Xalq Artisti Fidan Hacıyevanı ifalarından birini fortepianoda Ayla Kəlbiyeva müşayiət etmişdi.

2005-ci il oktyabrın 6-da Bakıda dünyaya gəlmiş Ayla Kəlbiyeva 5 yaşında Respublika Uşaq Filarmoniyasında Oqtay Zülfüqarovun şagirdi olub, 6 yaşında müsabiqə yolu ilə Respublika İncəsənət Gimnaziyasının fortepiano sinfinə qəbul edilib. Əməkdar Müəllim Nigar Nəcəfovadan dərs alan Ayla çox keçmir bu sənətdə nailiyyətlər qazanmağa başlayır. Belə ki, 2013-cü ildə Maltada “Violin and friends” beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. Buradakı ifasına görə, o, həm də xüsusi diplom alıb. 2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq fortepiano müsabiqəsində və 2015-ci ildə İtaliyada “Citta di Pesaro” XII beynəlxalq musiqi müsabiqəsində ikinci yerə çıxıb. On yaşında ABŞ-ın Nyu-York şəhərində “American Protege” Beynəlxalq Fortepiano Müsabiqəsinin qalibi olub, nüfuzlu “Carnegie Hall”da çıxış edib. 2017-ci ildə “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsində ikinci yeri tutub. Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Bu günlərdə isə Türkiyədə keçirilən Beynəlxalq Fortepiano Müsabiqəsində birinci yeri tutub. Ayla həm də dərs əlaçısıdır.

Fidan xanım gənclərin istedadını zərgər dəqiqliyi ilə üzə çıxarır

Solo konsertdən sonra çıxış edən tədbir iştirakçıları Ayla Kəlbiyevanın istedadından söz açıb, Xalq Artisti Fidan Hacıyevanın bu cür gənclərə dəstəyini vurğulayıblar.

Əməkdar Müəllim Nigar Nəcəfova Aylanın istedadı ilə yanaşı, onun zəhmətsevərliyini qeyd edib, ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov bu cür istedadlı gəncləri aşkar etməyin özlüyün də bir istedad olduğunu deyib: “Xalq Artisti Fidan Hacıyeva gənclərin istedadını zərgər dəqiqliyi ilə üzə çıxarır. Hər sənətkara öz məktəbini yaratmaq, biliyini, təcrübəsini gənc nəslə ötürmək nəsib olmur. Lakin Fidan xanım bunu bacarıb. Vokal Musiqi Məktəbini yaratmaq böyük təşkilati məsələdir. Əminəm ki, Siz bu təcrübənizlə də tanınacaq, məktəbiniz gələcəkdə akademiyaya çevriləcək. Ayla Kəlbiyevanın qazandığı uğurlar bizi çox sevindirir. Belə istedadlı uşaqların sayının çox olmasını arzulayıram”.

Aylanın anası: Övladımın üzərində əməyi olan hər kəsə minnətdaram

Çıxışlarda Ayla Kəlbiyevanın beynəlxalq müsabiqələrdə qazandığı uğurların həm də ölkəmizin uğurları olduğu qeyd olunub.

Ayla Kəlbiyevanın anası Sevda xanım övladının musiqi istedadının üzə çıxarılmasında əməyi olan, onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib. “Xalq Artisti Fidan Hacıyeva sənətdə öz sözünü deyib. Onun kimi hər Xalq Artisti iki tələbəni bu cür zirvələrə qaldırsa, Azərbaycan musiqisinin gələcəyi olacaq nə qədər istedadlar üzə çıxarılar”, - deyən Sevda xanım, həmçinin Əməkdar Müəllim Nigar Nəcəfovanın Aylaya körpəlikdən sənətin sirlərini səbirlə öyrətməsini, ona analıq qayğısı ilə yanaşmasını diqqətə çatdırıb.

Nə qəşəngsən, nə gözəlsən, bu axşam, sən, əziz dost

Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin “Karmen” qrupunun və konsertmeyster Şahin Yəhyayevin müşayiət etdiyi konsertlə davam edən gecə xoş anlarla yadda qalıb.

Ayla Kəlbiyeva daha bir istedadını - vokal ifa etmək bacarığını nümayiş etdirib. Onun ifasında “Sevgi valsı” (musiqisi Tofiq Quliyev), bəlkə də, yeni məzmun kəsb edib, desək, yanılmarıq. Bu ifa vokal yoluna kövrək qədəmlərini qoyan qızın onu dəstəkləyənlərə sevgisinin ifadəsi kimi səsləndirildi. Gecəyə toplaşan sənətsevərlərin, Fidan Hacıyeva kimi xeyirxah insanların hər biri, mahnıda deyildiyi kimi, gözəl və qəşəng idi. “La Spangela” mahnısı isə Aylanın gələcək uğurlarından xəbər verir.

Xalq Artisti Fidan Hacıyevanın Aylanı dəstəkləyərək onunla birgə “Gözəlim, yar gözəlim” (“Arşın mal alan” operası) mahnısını ifa etməsi xüsusi alqışlarla qarşılandı. Eləcə də Xalq Artistinin “Mavi əbədilik” (musiqisi Müslüm Maqomayev) ifa etməsi gecəyə xüsusi rəng qatıb.

Gecədə Vokal Musiqi Məktəbinin yetirmələri Orxan Cabbarovun, Rəna Cəfərzadənin, Tural Tağıyevin, Aqşin Xudaverdiyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Şotlandiyalı Bob Petrin çıxışı dinləyicilərdə lirik duyğular yaşadıb. Tədbirin qonağı, Əməkdar İncəsənət Xadimi İlham Nəcəfov isə saksofonda caz-muğam sintezi nümunələri ilə musiqili gecəni daha da canlandırıb.

Vokal Musiqi Məktəbin müəllimi Arzu Qurbanovanın Tural Tağıyevlə birgə “Yaşın nə fərqi var” dueti sevginin ülvi duyğu olmasını bir daha xatırladıb. Arzu Qurbanovanın ifasında şən mahnıların sədaları altında rəqsə qoşulan tədbir iştirakçıları konsertdən unudulmaz təəssüratlarla ayrılıblar.

Gənc pianoçu Ayla Kəlbiyeva “Məhəbbət əfsanəsi” adlı solo konsertini təqdim edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə