Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə Ümumrespublika “Xəmsə” Festivalının bağlanış mərasimi keçirilib

Gəncə, 2 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən Ümumrespublika “Xəmsə” Festivalının Gəncə şəhərində final mərhələsi və bağlanış mərasimi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günün birinci yarısında festival iştirakçıları Gəncədə Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər. Sonra Gəncə Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsi anılıb.

Ümumrespublika “Xəmsə” Festivalının 9 regional turunda finala vəsiqə qazanan 16 komanda Gəncə Şəhər Heydər Əliyev Mərkəzində final mərhələsi üzrə qrup və yarımfinal oyunlarında birincilik uğrunda mübarizə aparıb. Final oyununun nəticələrinə əsasən Səbail komandası birinci, Gəncə komandası ikinci və Ucar komandası üçüncü yerin sahibi olub.

Heydər Əliyev Park Kompleksində Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri var. Bu şəhər, eyni zamanda, Azərbaycan ədəbi xəzinəsinə misilsiz töhfələr vermiş Nizami Gəncəvinin vətənidir. Həmçinin Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı olub.

44 günlük Vətən müharibəsindən də danışan T.Budaqov bildirib ki, Ermənistanın Gəncədə mülki sakinləri hədəf alan raket hücumları şəhər sakinlərini qorxutmadı, onlar böyük dəyanət və Vətənə sevgi nümunəsi göstərdilər.

2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladan T.Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən bütün bölgələrdə Nizami irsinin öyrənilməsi, onun dünya mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrlə bağlı “Xəmsə” festivalı keçirilib. Bu gün isə Gəncədə festivalın yekunu təşkil olunub.

Ağacəkmə kampaniyasından sonra festivalın bağlanış mərhələsi keçirilib.

Festivalın bağlanış mərasimi Vətən müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, YAP Gənclər Birliyinin üzvləri və şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov festivalda qalib gələn gəncləri təbrik edərək, Gəncə şəhərinin tariximizdə müstəsna yerə malik olduğunu bildirib.

“Nizami yaradıcılığı Azərbaycan klassik ədəbi-mədəni irsində xüsusi yerə malikdir. Ümummilli lider Heydər Əliyev Nizami irsinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Hələ 1979-cu ildə Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi irsinin öyrənilməsi, onun əsərlərinin çap etdirilməsi və tədqiqi haqqında qərar imzalanmışdır. 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Nizami Gəncəvinin 840 illik yubileyi İttifaq səviyyəsində təntənəli şəkildə qeyd olunmuş, Nizami irsinin tədqiqi və əsərlərinin bütün dünyada təbliği, yenidən qiymətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 10 il bundan öncə Nizami Gəncəvinin 870 illiyi də ölkəmizdə təntənəli şəkildə qeyd olunub. Bu il isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu festivalda iştirak edən hər bir gənc Azərbaycanın gələcəyi, Azərbaycanın bundan sonrakı inkişafı üçün öz bilik və bacarığını əsirgəməyəcək bir vətəndaşdır”, - deyə T.Budaqov qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək deyib ki, Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar, həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu çərçivədə Gəncə şəhəri də müxtəlif layihələrə ev sahibliyi edir. Sevindirici haldır ki, gənclər keçirilən tədbirlərə böyük maraq göstərirlər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qalib gəncləri və iştirakçıları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb.

Partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, layihənin məqsədi Azərbaycan gəncliyinin dünya görüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır.

Festivalda qalib gəlmiş komandaların üzvləri kubok, diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə keçirilən tədbirlərdən biri də YAP Gənclər Birliyi tərəfindən təşkil edilən Ümumrespublika “Xəmsə” Festivalıdır. Layihə Azərbaycanda ilk dəfə açıq havada keçirilən intellektual festivaldır. Festivalda, ümumilikdə, 84 şəhər və rayondan 420 gənc iştirak edib. Komandaların tərkibi Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək