CƏMİYYƏT
Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclər mükafatlandırılacaq
Bakı, 1 fevral, AZƏRTAC
Hər il 2 fevral - Gənclər Gününün qeyd olunması münasibətilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu il ərzində respublikamızda dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə - müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş, ictimai fəallığı ilə seçilmiş 23 gənc Gənclər və İdman Nazirliyi tərəfindən bu il də təltif ediləcək.
Bundan başqa, 2019-cu ildəki uğurlu fəaliyyətinə görə bir sıra gənclər təşkilatları və tələbə-gənclər təşkilatları da mükafatlandırılacaq.
Mükafatlandırma mərasimi fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.