RƏSMİ XRONİKA
“GİRİŞ-ÇIXIŞ VƏ QEYDİYYAT” İDARƏLƏRARASI AVTOMATLAŞDIRILMIŞ MƏLUMAT-AXTARIŞ SİSTEMİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Müasir texnoloji inkişaf mərhələsində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən getməsi və ölkəyə gəlməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və inkişaf etdirilməsi zəruridir.
Bu sahədə aidiyyəti dövlət orqanlarının səmərəli fəaliyyətinin təşkil edilməsi, onların informasiya təminatı, sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması prosesinin, qarşılıqlı informasiya mübadiləsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təşkilati-hüquqi əsaslarının müəyyən edilməsi məqsədi ilə qərara alıram:
“Giriş-çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sistemi”
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi” adlandırılsın.
2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
3.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarını təmin edən normativ hüquqi aktları təsdiq etsin;
3.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini müəyyən etsin;
3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2008-ci il.