REGİONLAR
Göyçayda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Göyçay, 16 sentyabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs ifadəsində çətənə kollar becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.